Accessibility links

Güneyli siyasi fəal Salar Tahir Əfşar apellyasiya məhkəməsi tərəfindən 1 il həbs cəzasına məhkum edilib


Salar Tahir Əfşar

Qarabağa dəstək mitinqində həbs edilən Salar Tahir Əfşar apellyasiya məhkəməsi tərəfindən 1 il həbs cəzasına məhkum edilib.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu barədə məlumat yayıb.

İran Azərbaycanının Urmiyə şəhərində yaşayan milli fəal, Salar Tahir Əfşar Qərbi Azərbaycan vilayətinin apellyasiya məhkəməsinin 13-cü şöbəsi tərəfindən 1 il həbs cəzasına məhkum edilib.

Tahir Əfşar daha öncə Urmiyə İnqilab Məhkəməsinin 2-ci şöbəsinin sədri olan hakim Şeyxlunun verdiyi hökm ilə "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" və "qanunsuz etiraz aksiyası təşkil etmək" ittihamları əsasında 4 il həbs cəzasına məhkum edilmişdi.

Qərbi Azərbaycan vilayətinin apellyasiya məhkəməsinin 13-cü şöbəsinin sədrləri hakim Əlipur və Rəcəbinin fəala verdikləri hökmə görə Tahir Əfşar "qanunsuz etiraz aksiyası təşkil etmək" ittihamından bəraət qazanıb, amma birinci məhkəmənin "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı ilə fəala verdiyi 1 il həbs cəzası qüvvədə saxlanılıb.

Urmiyəli fəal Salar Tahir Əfşar iyulun 16-da İran Azərbaycanında Ermənistan və Azərbaycan arasında Tovuz sərhədində baş verən toqquşmadan sonra Azərbaycan Respublikası və ordusuna dəstək məqsədi ilə keçirilən mitinqlərlə əlaqədar Urmiyədə saxlanılmış və bir neçə gün sonra 50 milyon tümən girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı.

O həmçinin sentyabrın 27-də Dağlıq Qarabağda hərbi münaqişə başladıqdan bəri İran Azərbaycanı və İranda türklərin yaşadığı digər bölgələrdə Azərbaycan Respublikasına dəstək üçün keçirilən mitinqlərlə əlaqədar təkrar İran kəşfiyyat orqanları tərəfindən həbs edilmişdi.

Salar Tahir Əfşar indiyədək dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və məhkəmələr tərəfindən fərqli ittihamlarla mühakimə olduqdan sonra həbs və qamçılanma cəzalarına məhkum edilib.

XS
SM
MD
LG