Accessibility links

Güneyli siyasi məhbus Əkbər Azad məzuniyyətə buraxılıb


Əkbər Azad

Böyük Tehran Həbsxanasında 2 illik həbs cəzasını çəkən türk dil haqları fəalı məzuniyyətə buraxılıb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, güneyli siyasi məhbus Əkbər Azad avqustun 26-da 500 milyon tümənlik mülki girov qarşılığında məzuniyyətə buraxılıb.

Əkbər Azad avqustun 9-da məhkəməyə müraciət etdiyi zaman bildirib ki, o həbs ediləndən sonra bir neçə gün ondan xəbər almaq mümkün olmayıb. Daha sonra o, avqustun 12-də ailəsinə zəng edib və ardınca Böyük Tehran Həbsxanasının karantin bölməsinə köçürülüb.

Azad, Tehranın Baharistan İnqilab Məhkəməsinə buraxdığı mülki vəsiqəni dəyişdirmək üçün getdiyi məhkəmənin icra bölməsində tələbi müstəntiq tərəfindən rədd edildikdən sonra həbs edilmişdi.

2014-cü il Beynəlxalq Ana Dili Günü münasibətilə təşkil olunan mərasimdə həbs edilən Əkbər Azad, ilkin məhkəmə tərəfindən "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qrup formalaşmasında iştirak etmək" ittihamı ilə ittiham olunaraq 10 il həbs və ölkənin türk əhalisi olmayan İlam vilayətinin Dərrəşəhr şəhərində sürgün həyatı yaşamağa məhkum edilmişdi. Daha sonra Apellyasiya məhkəməsi bu hökmü 2 il həbs və 2 il sürgün cəzasına endirdi.

Həmin mərasimdə iştirak edən Behnam Şeyxi və Həmid Mənafi Nadarlı hazırda müvafiq olaraq Xuzistan vilayətinin Məscid Süleyman və Luristan vilayətinin Əzna şəhərində sürgün olunub.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG