Accessibility links

Güneyli siyasi məhbus Həmid Mənafi Nadarlı həbsxananın tibb mərkəzinə köçürülüb


Həmid Mənafi Nadarlı
Həmid Mənafi Nadarlı

İranın Evin həbsxanasında saxlanılan güneyli siyasi məhbus Həmid Mənafi Nadarlı həbsxananın tibb mərkəzinə köçürülüb.

İnsan hüquqları üzrə fəallardan əldə edilən məlumatına görə, aprelin 12-də Həmid Mənafi Nadarlı ilə bərabər eyni bölmədə saxlanılan məhbuslar fəalın ailə üzvləri ilə telefon əlaqəsi qurub, onun sağlamlıq vəziyyətinin pisləşməsi ardından həbsxananın tibb mərkəzinə köçürüldüyünü deyiblər.

Türk dili hüquqları fəalında COVİD-19 xəstəliyinin əlamətləri müşahidə edildikdən sonra və həmçinin fəalın vəziyyətinin pisləşməsi səbəbindən o, səhər saatlarında həbsxananın tibb mərkəzinə köçürülüb və qısa müddətli müalicədən sonra bölməsinə qaytarılıb. Ancaq fəalın ümumi vəziyyəti təkrar pisləşdikdən sonra yenə də tibb mərkəzinə köçürülüb.

Evin Həbsxanasında saxlanılan digər güneyli siyasi məhbuslar - Siyamək Mirzayi, Behnam Şeyxi, Tovhid Əmir Əmini və Kiyanuş Aslani isə ailə üzvləri ilə telefon danışığında onlarda baş ağrısı, süstlük və nəfəs darlığı olduğunu, həbsxananın 4 və 8-ci bölmələrində vəziyyətin gərgin olduğunu bildiriblər.

Həmid Mənafi Nadarlı, Əlirza Fərşi və Behnam Şeyxi ilə eyni gündə, iyul ayının 21-də Tehrandakı iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutulub və daha öncə türk dili hüquqları üzrə fəaliyyətlərindən dolayı məhkum olduğu iki illik həbs cəzasını çəkmək üçün həbsxanaya köçürülüb.

Həmid Mənafi Nadarlı, Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi, və digər türk dili hüquqları fəalları 2014-cü ilin fevral ayında Beynəlxalq Ana Dili Gününü qeyd etmək məqsədilə keçirilən bir mərasimdə iştirak etdikləri üçün həbs edilib, bir müddət nəzarət altına alınmışdı.

O, 2016-cı ilin fevral ayında Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qrup formalaşmasında iştirak etmək" ittihamı ilə 10 il həbs cəzası və Loristan vilayətinə iki il sürgün cəzasına məhkum edilmişdi. Bu hökm daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri, hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG