Accessibility links

Güneyli siyasi məhbus Kiyanuş Aslani məzuniyyətə buraxılıb


Kiyanuş Aslani
Kiyanuş Aslani

Evin həbsxanasında saxlanılan türk dili haqları fəalı siyasi məhbus Kiyanuş Aslani məzuniyyətə buraxılıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, martın 18-də İranın paytaxtı Tehran şəhərindəki Evin həbsxanasında saxlanılan güneyli siyasi məhbus 15 günlük məzuniyyətə buraxılıb.

Kiyanuş Aslani 2019-cu ilin fevral ayının 1-də digər milli fəal Tovhid Əmir Əmini ilə birlikdə Tehranın İnqilab Meydanında Beynəlxalq Ana Dili Günü münasibətilə təbrik broşürləri yaydığı üçün təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

2019-cu ilin iyun ayının 23-də Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin sədrliyi ilə qurulan məhkəmə iclasının nəticəsində Kiyanuş Aslani və Tovhid Əmir Əmini "ölkənin milli təhlükəsizliyini pozmaq" və "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamları ilə üzləşib və Tovhid Əmir Əmini birinci ittihama görə 7 il 6 ay, ikinci ittihama görə isə 1 il 5 ay azadlıqdan məhrum edilmişdi. Kiyanuş Aslani isə birinci ittihama görə 5 il həbs cəzasına məhkum edilib və ikinci ittihamdan bəraət hökmü almışdı. Bununla da Tovhid Əmir Əmini 9 il, Kiyanuş Aslani isə 5 il və cəmi 14 il həbs cəzasına məhkum edilmişdilər.

Daha sonra Apellyasiya məhkəməsinin verdiyi hökmə görə Tovhid Əmir Əmini 7 il 6 ay və Kiyanuş Aslani 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Kiyanuş Aslani həmçiin iki ilə qədər siyasi qrup və təşkilatlara üzv olmaqdan məhrum edilib.

Son zamanlarda Tovhid Əmir Əmininin cəzası İranda həbs cəzalarının azaldılması barədə yeni bir qanuna əsasən beş il həbs müddətinə endirilib.

XS
SM
MD
LG