Accessibility links

3 güneyli siyasi məhbus məzuniyyətə buraxılıb və bir siyasi məhbus həbsxanaya qayıdıb


Evin Həbsxanasında saxlanılan 3 siyasi məhbus Həmid Mənafi Nadarlı, Behnam Şeyxi və Kiyanuş Aslani məzuniyyətə buraxılıb və Rza Vasiqi məzuniyyəti bitdikdən sonra həbsxanaya qayıdıb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, aprelin 21-də Tehrandakı Evin Həbsxanasında saxlanılan 3 güneyli siyasi məhbus Behnam Şeyxi, Həmid Mənafi Nadarlı və Kiyanuş Aslani məzuniyyətə buraxılıb və Ərdəbil Həbsxanasında saxlanılan digər siyasi fəal Rza Vasiqi isə məzuniyyəti bitdikdən sonra həbsxanaya qayıdıb.

Behnam Şeyxi, Həmid Mənafi Nadarlı və Kiyanuş Aslaninin hər biri 20 günlük məzuniyyətə buraxılıblar.

Kiyanuş Aslani məzuniyyətə buraxılıb
Kiyanuş Aslani məzuniyyətə buraxılıb

Ərdəbil Həbsxanasında saxlanılan güneyli siyasi məhbus Rza Vasiqi aprelin 7-də məzuniyyətə buraxılımışdı.

İran həbsxanalarında COVID-19 xəstəliyinin yayılmasının ardından ölkənin məhkəmə sisteminin aldığı qərar üzrə məhbusların məzuniyyətə buraxılması həbsxanalarda yayılan xəstəliyi kontrol etmək məqsədi ilə tətbiq edilir. Ancaq hələ ki, Abbas Lisani və Əlirza Fərşi kimi tanınmış milli fəalların məzuniyyətə buraxılması mümkün olmayıb.

Behnam Şeyxi ilə Həmid Mənafi Nadarlı, Əkbər Azad, Əlirza Fərşi və digər türk dili hüquqları fəalları 2014-cü ilin fevral ayında Beynəlxalq Ana Dili Gününü qeyd etmək məqsədilə keçirilən bir mərasimdə iştirak etdikləri üçün Tehranın Nəsimşəhr şəhərində həbs edilib və bir müddət nəzarət altında saxlanıldıqdan sonra məhkəmənin qərarına qədər girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

Şeyxi ilə Mənafi Nadarlı 2016-cı ilin fevral ayında Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qrup formalaşmasında iştirak etmək" ittihamı ilə 10 il həbs cəzası və iki il sürgün cəzasına məhkum edilmişdilər. Bu hökm daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri, hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgün cəzasına endirilib.

Məzuniyətə buraxılan digər milli fəal Kiyanuş Aslani 2019-cu ilin fevral ayının 1-də Tehranın İnqilab Meydanında Beynəlxalq Ana Dili Günü münasibətilə təbrik broşürləri yaydığı üçün təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

Behnam Şeyxi və Həmid Mənafi Nadarlı
Behnam Şeyxi və Həmid Mənafi Nadarlı

2019-cu ilin iyun ayının 23-də Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin sədrliyi ilə qurulan məhkəmə iclasının nəticəsində Kiyanuş Aslani "ölkənin milli təhlükəsizliyini pozmaq" və "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamları ilə üzləşib və birinci ittihama görə 5 il həbs cəzasına məhkum edilib və ikinci ittihamdan bəraət hökmü almışdı.

Milli fəal həmçiin iki ilə qədər siyasi qrup və təşkilatlara üzv olmaqdan məhrum edilib.

Milli fəal Rza Vasiqi isə noyabr ayının 4-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Ərdəbil həbsxanasına köçürülmüşdü.

O və qardaşı Əli Vasiqi iyunun 10-da Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanmalarına dair məhkəmə hökmü təqdim edilmədən iş yerlərində döyülərək nəzarət altına alınmışdı.

Vasiqi qardaşları altı gün Kəşfiyyat Nazirliyinin təcridxanasında saxlandıqdan sonra iyunun 16-da hər biri 110 milyon tümənlik mülki zəmanət qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.

Avqustun 18-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinin sədri hakim Məhdəvirad Əli və Rza Vasiqini "gecəlik yaymaq ilə sistemə qarşı təbliğat aparmaq" və "ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək" ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.

Oktyabrın 5-də Ərdəbil Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi hakim Məhdivərd tərəfindən onlara verilən hökmü azaldaraq, eyni ittihamlarla hər birisini 2 illik həbs cəzasına məhkum edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG