Accessibility links

Güneyli siyasi məhbus Rza Vasiqi məzuniyyəti bitdikdən sonra həbsxanaya qayıdıb 


Rza Vasiqi
Rza Vasiqi

Güneyli milli fəal Rza Vasiqi iyunun 1-də məzuniyyəti bitdikdən sonra Ərdəbil Həbsxanasına qayıdıb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu barədə məlumat yayıb.

Siyasi məhbus Rza Vasiqi may ayının 18-də girov qarşılığında məzuniyyətə buraxılmışdı.

Rza Vasiqi noyabr ayının 4-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Ərdəbil həbsxanasına yerləşdirilib.

O və qardaşı Əli Vasiqi iyunun 10-da Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanmalarına dair məhkəmə hökmü təqdim edilmədən iş yerlərində döyülərək nəzarət altına alınmışdı.

Vasiqi qardaşları altı gün Kəşfiyyat Nazirliyinin təcridxanasında saxlandıqdan sonra iyunun 16-da hər biri 110 milyon tümənlik mülki zəmanət qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.

Avqustun 18-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinin sədri hakim Məhdəvirad Əli Rza Vasiqini "gecəlik yaymaq ilə sistemə qarşı təbliğat aparmaq" və "ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək" ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.

Oktyabrın 5-də Ərdəbil Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi hakim Məhdivərd tərəfindən onlara verilən hökmü azaldaraq, eyni ittihamlarla hər birini 2 illik həbs cəzasına məhkum edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG