Accessibility links

Güneyli siyasi məhbus Səccad Şəhiri məzuniyyətə buraxılıb


Səccad Şəhiri
Səccad Şəhiri

İran Azərbaycanın Sulduz (Nəğədə) Şəhirinin həbsxanasında saxlanılan Səccad Şəhiri məzuniyyətə buraxılıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, aprelin 12-də Sulduz həbsxanasında saxlanılan siyasi məhbus Səccad Şəhiri girov müqabilində aprelin 14-ə dək məzuniyyətə buraxılıb.

Səccad Şəhiri aprelin 3-də məhkəməyə müraciət etdikdən sonra həbs edilib və 6 aylıq həbs cəzasını çəkmək üçün Sulduz həbsxanasına köçürülmüşdü.

Şəhiri məhkəmə dosyesinin ilk mərhələsində Sulduzun 2-ci Cinayət Məhkəməsinin 103-cü şöbəsinin sədri hakim Əmir Kiyumərsi tərəfindən "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilmişdi.

Daha sonra isə milli fəala verilən bu hökm Qərbi Azərbaycan Apellyasiya məhkəməsinin 1-ci şöbəsi tərəfindən qüvvədə saxlanılıb.

Səccad Şəhiri keçən ilin yanvar ayının 16-da kəşfiyyat agentləri tərəfindən həbs edilmişdi. Milli fəal həmin ilin mart ayının 2-də Kəşfiyyat Nazirliyinin təcridxanasından Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülərək, martın 18-də 500 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Səccad Şəhiri daha əvvəl dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, 2018-ci ilin iyul ayının 20-də Babək Qalası tədbirləri zamanı onlarla milli fəal ilə birlikdə həbs edilmiş və daha sonra sərbəst buraxılmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Jurnalist Nərgiz Absalamova saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:41 0:00
XS
SM
MD
LG