Accessibility links

Güneyli türk fəal apellyasiya məhkəməsinə çağırılıb


 Rəhim Qulami
Rəhim Qulami

İran Azərbaycanlı şair və yazar Rəhim Qulaminin apellyasiya məhkəməsinin keçiriləcəyi tarix müəyyənləşib.

Bu barədə insan haqları pozuntuları ilə bağlı xəbərləri yayımlayan HRA agentliyi məlumat yayıb.

Güneyli türk fəala göndərilən çağırış məktubunda apellyasiya məhkəməsinin avqustun 27-də keçiriləcəyi bildirilir.

Həmin çağırışda Rəhim Qulaminin avqustun 27-də səhər saat 10:00-da Ərdəbil vilayətinin apellyasiya məhkəməsinin 1-ci şöbəsinə gəlməsi istənilib.

Qulaminin ittihamları üzrə məhkəmə iclası iyunun 3-də Ərdəbil Ümumi və İnqilab Məhkəməsinin 1-ci şöbəsində keçirilərək. Türk fəal "dini lideri təhqir etmək" ittihamı ilə bir il müddətinə azadlıqdan məhrum edilib, "GAMAC təşkilatına üzvlük" və "sistemə qarşı təbliğat" ittihamlarından isə bəraət almışdı.

Milli fəal məhkəmədə özünü müdafiə edərək, təşkilatda üzv olmaq ittihamını əsassız adlandırıb, baş verənlərin "Ərdəbil Ettelaat idarəsinin ssenarisi" olduğunu qeyd etmişdi.

Rəhim Qulaminin "Folklorumuzdan Bir Yarqaq" və "Folklor Nağılları" kitabları Yaylıq mətbəəsi tərəfindən çap edilmişdir.

XS
SM
MD
LG