Accessibility links

Güneyli təşkilatlar Xuzistan vilayətində baş qaldıran etirazlara dəstək verib


İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində cümə günündən etibarən su qıtlığı ilə bağlı etirazlar davam edərkən İran Azərbaycanının təşkilatları həmin etirazlara dəstək olaraq ortaq bəyanata qol çəkib.

Azərbaycanlı təşkilatların saytlarında yayımlanan bəyanatda, İran hakimiyyətinin bölgədəki insanların dinc etirazlarına qarşı repressiyasını və irqçi siyasətini məhkum edərək, beynəlxalq təşkilatları İran hakimiyyətini bölgəki insanlara qarşı şiddətli repressiyasını dayandırmağa çağırmağa dəvət edib.

Birlik, GADTB, Dirəniş, GAMAC, GAMOH, AZOH, GAİP, GADP, GALDP və AMP kimi təşkilatlar və partiyaların imzaladığı bəyanatda “Əl-Əhvaz” bölgəsinin ərəb əhalisinə qarşı tətbiq edilən ayrı-seçkilik siyasətləri qınanıb, 3 gün davam edən nümayişlərə dəstək verilib.

Azərbaycan Mərkəz Partiyasının Mərkəzi Şura üzvü Elyar bəy Kamrani Amerikanın Səsinə müsahibədə çox sayda güneyli təşkilatların birgə bəyanatının səbəbinin türklər və ərəblərin “ortaq dərdlərə” və “eyni sistematik ayrı-seçkilik siyasətlərə” məruz qalmasını qeyd etmək olduğunu bildirib.

Güneyli təşkilatlar Xuzistan vilayətində baş qaldıran etirazlara dəstək verib
please wait

No media source currently available

0:00 0:07:09 0:00

HRA xəbər agentliyinin bölgədən əldə etdiyi məlumata istinadən, üç gün boyunca davam edən nümayişlərdə 3 vətəndaşın həyatını itirdiyini yazıb. Lakin İranın rəsmi xəbər agentlikləri sadəcə bir nəfərin həyatını itiridiyini bildirib. HRA xəbər agentliyi üçüncü vətəndaşın həyatını itirdiyi barədə yayımlanan xəbəri dəqiqləşdirmək üçün araşdırmasını davam etdiyini yazıb.

Elyar Kamrani yerli fəallardan aldığı bilgilərə istinadən iki gənc vətəndaşın Xuzistan etirazlarında həyatını itirdiyinin təsdiqləndiyini bildirib. Siyasi fəalın fikrincə, ölkənin şəraiti Xuzistan bölgəsində gedən etirazlara bənzər nümayişlərin digər bölgələrdə də baş tuta biləcəyi ehtimalını artırır.

“Şərait elədir ki, insanların başqa yolları yoxdur. Şərait elə çətinləşib ki, artıq etirazlarla bu şəraitdən qurtarmaq üçün bu sistemə yox demək lazımdır,” – deyə siyasi fəal ifadə edib.

“Bölgədən gələn məlumata və yerli fəalların düşüncəsinə görə, hələ ki, bu etirazlar davam edəcək. Bu bir fürsətdir ki, başqa millətlər də ərəb Əl-Əhvaz bölgəsinə dəstək üçün ayaqda olmalıdır. Bu gün o millətə dəstək olmasaq, sabah biz tək qalacağıq.” -deyə Kamrani bildirib.

Azərbaycanlı siyasi fəalın fikrincə hökumət bölgələrdə baş verən kiçik etiraz nümayişlərini hökumət asanlıqla yatırır. “Bir yolumuz var, o da budur ki, bütün millətlər eyni zamanda etirazlarını davam etsinlər və onlar bunu edə bilərlər, sadəcə bu bir az koordinasiya tələb edir.”

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG