Accessibility links

Tbilisidə Saakaşvilinin məhkəmə prosesi davam edir


Noyabrın 29-da Tbilisi Şəhər Məhkəməsində Mixail Saakaşvilinin məhkəməsi davam etdirilib. Keçmiş prezident proses keçirildiyi zaman onun tərəfdarları toqquşduğu üçün məhkəmə prosesinin əsaslılığını şübhə altına alıb.

Azadlıq Radiosunun müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, Saakaşvili xüsusi cəzaçəkmə müəssisəsinə məxsus avtomobildə dörd pikap və yuxarıdan uçan bir helikopterin müşayiəti ilə noyabrın 29-da saxlandığı Qoridəki hərbi xəstəxana kompleksindən Tbilisiyə gətirilib.

Məhkəmə prosesini işıqladırmaq üçün yalnız ölkənin ictimai kanalı olan Birinci Kanala icazə verilib.

Məhkəmədən verilən məlumata görə, Saakaşvili dinləmədən əvvəl deyib ki, o, nə prokurorluğu, nə də Gürcüstan məhkəməsini tanımır və onun 2007-ci ilin noyabrında mitinqin dağıdılması ilə bağlı səlahiyyətlərindən sui-istifadə ittihamı ilə mühakimə olunması “əvvəlcədən yazılmış komediyadır”. O bildirir ki, irəli sürülən bütün ittihamlar siyasi motivlidir.

Məhkəmə binasındakı Azadlıq Radiosunun müxbiri təhlükəsizlik qüvvələri ilə Saakaşvilinin tərəfdarları arasında kiçik toqquşmaların baş verdiyini, polisin kütləyə qarşı bibər qazından istifadə etdiyini xəbər verib.

Yeddi həftədən sonra noyabrın 20-də aclıq aksiyasına son qoyan sabiq prezidenti noyabrın 28-də “Empati” reabilitasiya mərkəzinin direktoru Mariam Cişkariani ziyarət edib. O bildirib ki, Saakaşvilinin psixoloji sağlamlığı onun məhkəmədə iştirakına mane olmamalıdır, baxmayaraq ki, ilkin qiymətləndirmə onun posttravmatik stres pozğunluğundan əziyyət çəkdiyini göstərir. Cişkarianinin sözlərinə görə, bu həbsxanada işgəncə ilə əlaqəlidir.

Qiymətləndirmədə, həmçinin aclığın nəticəsi olaraq Saakaşvilinin stasionar multidissiplinar müalicə və reabilitasiyaya ehtiyacı olduğu qənaətinə gəlinib.

Bu ayın əvvəlində Saakaşvili Rustavi şəhərindəki həbsxanadan Qldani həbsxana klinikasına köçürülüb və o, mühafizəçilər tərəfindən şifahi və fiziki zorakılığa məruz qaldığını iddia edir.

O, mülki xəstəxanaya aparılmasını tələb etmişdi. Əvəzində hökumət onun paytaxt Tbilisidən təxminən 70 kilometr aralıda yerləşən Qoridəki hərbi hospitala köçürülməsini təklif etmişdi.

XS
SM
MD
LG