Accessibility links

Gürcüstan Ali Məhkəməsi Fərman Ceyranlı barədə Apellyasiya Məhkəməsinin qərarını ləğv edib


Fərman Ceyranlı

Avqustun 2-də Gürcüstan Ali Məhkəməsi cərrah Fərman Ceyranlının azadlıqdan məhrumetmə cəzasının azaldılması ilə bağlı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib.

Bu barədə Azərbaycan Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Ali Məhkəmə bu "rüsvayçı" qərarı öz təşəbbüsü ilə, yəni Gürcüstan prokurorluğunun müraciəti olmadan qəbul edib.

Fərman Ceyranlı 2018-ci ilin fevralında 6 il azadlıqdan məhrum edilib, ancaq həmin ilin dekabrında Gürcüstan Apellyasiya Məhkəməsi bu müddəti 2 il 3 ayadək azaldıb və 2019-cu ilin avqustunda o, azadlığa çıxmalı idi.

Gürcüstan Ali Məhkəməsinin qərarı nə ilə əlaqədardır və hansı əsaslarla Apellyasiya Məhkəməsinin qərarını ləğv etməsi məlum deyil.

Qeyd edək ki, Fərman Ceyranlı vaxtından əvvəl şərti olaraq azadlığa buraxılması üçün müraciət edib. Bunun əvəzinə yeni həbs müddəti alıb.

Bununla yanaşı, Azərbaycan hüquq mühafizə orqanları da Gürcüstanda həbsdə olan Fərman Ceyranlını axtarışa verib. Onun axtarışa verilməsi barədə elan Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında yerləşdirilib.

“Barəsində Azərbaycan Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır,” elanda yazılıb.

2018-ci ildə Gürcüstan məhkəməsi onu Gürcüstan Cinayət Məcəlləsinin 180 və 247-ci maddələri (dələduzluq, insan həyatı və sağlamlığına təhlükə yaradan informasiyanın gizlədilməsi) ilə təqsirli bilib. Söhbət Ceyranlının rəhbəri olduğu "Lanset" klinikasında xəstənin ölümündən gedir.

Fərman Ceyranlı məhkəmədə bildirib ki, siyasi sifariş ilə həbs olunub. Hökümətyönlü mətbuatda Fərman Ceyranlı Azərbaycan müxalifətinin qanunsuz maliyyələşdirilməsində ittiham edilib və məhz bu, onun təqib olunmasına səbəb olub, cərrahın yaxınları belə hesab edir.

Əslən Gürcüstandan olan Fərman Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, orada təhsil alıb və işləyib.

1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb.

O, bir neçə il əvvəl Gürcüstana gedib. Orda “Lancet” klinikasının yaradıcılarından biri olub və 2017-ci il mayın 22-də həbs edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG