Accessibility links

Gürcüstan Avropa İttifaqına üzvlüyə müraciət edib


Georgia Elections
Georgia Elections

Gürcüstan Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzündən sonra bəzi keçmiş Sovet respublikalarının üzvlük ambisiyalarının sürətləndirilmə əlaməti olaraq Avropa İttifaqına üzvlüklə bağlı müraciətini təqdim edib.

Gürcüstan və Moldovada yeni təşəbbüsü Rusiya qoşunlarının yerli və beynəlxalq müxalifətin müdafiəsi üçün mövqe tutduğu Ukraynada on minlərlə rus hərbçisinin şərqdən, cənubdan və Belarus vasitəsilə onun sərhədlərini keçməsindən sonra Ukraynanın Aİ-yə üzvlük tələblərini irəli sürmək qərarından sonraya təsadüf edir.

“Avropa İttifaqına üzvlük üçün müraciət Gürcüstanın Avropaya inteqrasiya yolunda daha bir mərhələdir Bu, tariximizdə yeni səhifə açan və əcdadlarımızın Gürcüstanın bu təşkilata daxil olmasına yönəlmiş səylərini davam etdirən bir mərhələdir” - deyə, Baş nazir İrakli Qarabişvili martın 3-də hökumətin saytında dərc edilmiş bəyanatda bildirib.

Reuters xəbər agentliyi martın 3-də Avropa İttifaqının adını açıqlamayan rəsmisinə istinadən bildirib ki, blok Moldovanın müraciətini “yaxın zamanda” alacaq.

Gürcüstan və Moldovanın Qərblə daha sıx əlaqələr qurmaq cəhdləri çoxdandır Rusiyanı qəzəbləndirib.

Moldova rusdilli əhalisinin çoxluq təşkil ertdiyi Dnestryanı bölgəsi də daxil olmaqla, Ukrayna ilə təxminən 1200 kilometr sərhədi bölüşür.

2008-ci ildəki beş günlük müharibədən bəri Moskvanın diplomatik və hərbi yolla dəstəklədiyi separatçı bölgələri Abxaziya və Cənubi Osetiya da daxil olmaqla, Gürcüstanın Rusiyanın cənubu ilə təxminən 900 kilometr uzunluqda sərhədi var.

XS
SM
MD
LG