Accessibility links

Gürcüstan daxili işlər naziri Giorgi Qaxariyanın namizədliyi baş nazir vəzifəsinə irəli sürülüb


RİA xəbər agentliyinin verdiyi məlumata görə, Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası daxili işlər naziri Giorgi Qaxariyanın namizədliyini baş nazir vəzifəsinə irəli sürüb.

Baş nazir Mamuka Baxtadze vəzifəsində bir ildən bir qədər artıq müddət olduqdan sonra bazar ertəsi istefa verəcəyini açıqlayıb.

Baxtadze istefasını ölkə üçün strateji inkişaf çərçivəsini yaratmaq və həyata keçirmək vəzifəsini yerinə yetirdiyini bildirərək elan edib.

O, Facebook səhifəsində uzun bir yazı yazaraq, ölkədə zərərli fikir ayrılıqları ilə bağlı xəbərdarlıq edib.

O həmçinin hakim "Gürcü Arzusu" partiyasını gələn il keçirilməsi planlaşdırılan parlament seçkilərinin gürcülərin hamısının səsinin eşidilməsi üçün açıq olmasını və ölkə siyasətində “yeni simalara” imkan verilməsini təmin etməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Meksika vəd etdiyi 10 000 əsgərin ilk qrupunu ABŞ-la sərhədə yerləşdirib
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqton səmasında qəza. ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG