Gürcüstan koronavirusun yayılmasının qarşısını almaq üçün ərzaq, aptek və yanacaqdoldurma məntəqələrindən başqa bütün mağazaları bağlayır. Bu barədə cümə axşamı baş nazir Georgi Qaxaria bildirib.
Gürcüstan 40 təsdiqlənmiş koronavirusa yoluxma halı barədə məlumat verib. Rəsmilərin dediyinə görə, virusa yoluxmaqda şübhəli bilinən 1200-dən çox insan karantində saxlanır və onlardan yalnız biri sağalıb.
Bu Qafqaz respublikası əvvəlcə xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyub, sərhədlərini bağlayıb. Bundan əlavə bütün qış kurortları, restoranlar, kafelər, gecə klubları, idman salonları və hovuzların fəaliyyəti dayandırılıb, mikroavtobusların işləməsinə qadağa qoyulub.