Accessibility links

Gürcüstan mayın 11-dən koronavirus məhdudiyyətlərini qaldırır


Gürcüstanın baş nazir Giorgi Qaxaria cümə axşamı koronavirusla əlaqəli məhdudiyyətlərin tədricən yumşaldılması məqsədilə mayın 11-dən etibarən paytaxt Tbilisidə karantinin ləğv ediləcəyini və gələn həftədən mağazaların yenidən açılacağını bildirib.

Televiziya ilə nümayiş etdirilən kabinet iclasında Qaxaria Gürcüstanın daha bir böyük şəhəri Rustavidə də məhdudiyyətlərin qaldırılacağını, 3,7 milyon əhalisi olan keçmiş Sovet Respublikasının iyulun 1-dən xarici turistlərin üzünə açılacağını deyib.

Tbilisi, Rustavi, Batumi və Kutaisidə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə aprelin 15-dən nəqliyyat vasitələrinin girişinə və çıxışına qadağa qoyulmuşdu. Batumi və Kutaisidə məhdudiyyətlət keçən həftədən qaldırılıb.

Cümə axşamı Gürcüstan koronavirusdan 9 ölüm, 615 yoluxma halının qeydə alındığını bildirib.

XS
SM
MD
LG