Accessibility links

Gürcüstan korrupsiya ilə necə mübarizə aparırdı? Tam qələbəyə nə mane oldu?


Gürcüstanda rüşvət probleminin həlli məqsədilə islahatlardan öncə qohumların, tanışların və rüşvətin köməyi ilə istənilən məsələni həll etmək olurdu. Lakin Qızılgül inqilabından sonra hakimiyyətə gəlmiş gənc siyasətçilər cəmi bir neçə ilə vəziyyəti köklü şəkildə dəyişə bildilər.

2003-cü ildə Gürcüstan Transparency International təşkilatının Korrupsiyanı Qavrama İndeksinə görə 176 ölkə arasında 127-ci yerdə olub. Keçən il isə Gürcüstan artıq son beş ildə ən yüksək göstərici əldə edərək, 44-cü yer tutub və İtaliya, Rumıniya, Yunanıstan, Çexiya və Slovakiyanı geridə qoyub.

Gürcüstan bir neçə ilə rüşvət problemini həll edib, nə polislər, nə məmurlar, nə də həkimlər rüşvət almır. Ölkədə "tapş" da yoxdur. Lakin ən başda olan korrupsiyanı təmamilə qaldırmaq mümkün olmayıb. Ekspertlərin və yerli sakinlərin dediyinə görə Gürcüstan qısa müddətdə aşağı təbəqəd olan korrupsiyadan azad olub.

Настоящее Время: Gürcüstan korrupsiya ilə necə mübarizə aparırdı? Tam qələbəyə nə mane oldu?

Bu necə baş verib?

Gürcüstan islahatçıları heç bir yenilik icad etməyib. Sadəcə məmurlara və digərlərinə - ya karyera yüksəlişi və yüksək maaşlar olacaq, ya da ağır cəzalar. Heç bir güzəşt olmayacaq.

Sonrakı bir neçə ildə Gürcüstan rüşvətlə tutulmuş bir çox məmurların məhkəmə işləri olub. Rüşvətin həcmi əsas deyildi. Tbilisinin bələdiyyəsinin sabiq işçisi və o zamanlar hakim Gürcü arzusu partiyasının gənclər cinahının başçısı Otar Besadzeyə qarşı üç min dollar həcmində rüşvət aldığı üçün məhkəmə işi açılıb. O, doqquz il müddətinə həbs oluna bilər.

Politoloq Giya Xuxaşvilinin sözlərinə görə, insana oğurluq etməməsi üçün ona dövlətə qulluq etməsinin vacibliyini aşılayan uzunmüddətli ideyanı yeritmək lazımdır. "Ona bioloji və maddi iki əsas stimul vermək lazımdır. Maddi stimul- normal maaşdır, bioloji isə işini itirmək qorxusu."

Politoloqun sözlərinə əsasən, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili məhz bu kombinasiyanı əsas götürmüşdü. Daha sonra bu kombinasiya tam ideal olmasa da, Gürcüstanda bu gün də davam edən stabil və davamlı sistemə çevrilib. Amma politoloq qeyd edir ki, hal-hazırda bu sistemi zəiflədə biləcək təhlükələr yaranıb.

"Sistemdən tamamilə geri çəkilmə baş verməyib. Lakin dinamika əlbəttə ki həyəcan doğurur. Korrupsiya əlaqələrinin sayı artıb. Onlar həmişə olub, elitar korrupsiya, müəyyən biznes maraqları daima gündəmdə olub. Lakin bütün bunlara güclü nəzarət olub. İndi isə insanlar yenidən bu kimi əlaqələrlə işlərini həll etməyə başlayıb", Giya Xuxaşvili deyib.

Başqa bir politoloq Nika Çitadze də Gürcüstanda "aşağılarda" korrupsiyanın tam olaraq həll edilməsinin mümkün olduğunu qeyd edib. Həkimlər və polislər yenə də rüşvət almır, hakimi və ya məmurun "cibinə pul basmaq" imkansızdır. Gürcüstanda "aşağılar və ortalarda" "tapş" yoxdur.

Gürcüstan vətəndaşları da bunula razılaşır.

Tbilisi sakini Bejan deyir ki, müəyyən korrupsiya halları yəgin ki mövcuddur. "Bunun olmadığı ölkə yoxdur, amma mən özüm çoxdandır ki bu halla qarşılaşmamışam", o bildirib.

Quram da onunla razılaşaraq, "hökümətin korrupsiya kimi kriminala da qalib gəldiyini" qeyd edir. Onun fikrincə buna səbəb qaçılmaz cəzadadır.

Başqa bir sakin Marexi deyir ki, korrupsiya böyük problem olmasa da, müəyyən faktlar hələ də var. Lakin o korrupsiya ilə köklü şəkildə mübarizə aparıldığını deyir və buna tamamilə son qoyulacağına ümid edir.

Politoloq Nika Çitadze problemi başqa yerdə görür - korrupsiya əlaqələri Gürcüstan hökümətinin "yuxarılarında" hələ də qalır.

"Bir çox nazirliklərdə işçilərin işə götürülməsi və konkurs zamanı şəffaflıq olmayıb. Bu həm əvvəlki hakimiyyətdə olub, əfsuslar olsun ki indi də var. Şəxsi əlaqələr həlledici rol oynayırsa, bu, nepotizmdir. Gürcüstanda bu mühüm problem hələ də var", o deyir.​

XS
SM
MD
LG