Accessibility links

Gürcüstanın ağır çəkili atleti Laşa Talaxadze dünya rekordunu qırdı


Gürcüstan idmançısı Laşa Talaxadze Tokio Olimpiadasında ümumilikdə 488 kq çəki qaldıraraq, dünya rekordunu qırıb və bununla da kişilər arasında özünün ən ağır çəki dərəcəsindəki titulunu qoruyub.

Eyni kateqoriyada 2016 Rio Oyunlarında Talaxadze iki kateqoriyada - 223 və 265 kq ağırlıq qaldırmaqla - qızıl medal qazanmışdı.

Talaxadze tərcüməçi vasitəsi ilə "Özümü çox yaxşı hiss edirəm, Olimpiyanın ikinci qızıl medalını qazandım və əlbəttə ki, bu, daha bir dünya rekordum oldu" deyib. "Uzun müddətdir Olimpiadanı və bu qızıl medalı səbirsizliklə gözləyirdik" - deyə, o bildirib.

Onun ümumi çəkisi gümüş medal qazanan kişilər arasında +109 kq çəki kateqoriyadakı iranlı Əli Davudidən 47 kilo çox olub. Bürünc medalı isə 424 kq çəki dərəcəsində suriyalı Mən Əsəd qazanıb.

Talaxadze meydanda əvvəldən üstünlük əldə edib. O, yarışa həm ağırlıq qaldırma, həm də təkanla qaldırma ilə başlayan son idmançı olub və bunların hər birinə ardıcıl olaraq, üç dəfə cəhd göstərib.

Üçüncü cəhddə Talaxadze əvvəlcə dünya rekordundan bir kiloqram az, yəni 221 kq çəkini qaldırmaq istəyib, lakin daha sonra ağırlığı iki kq daha artıraraq 223 kiloqramı qaldıranda izdiham tərəfindən alqışlarla qarşılanıb.

Ən son isə Talaxadze 265 kq ağırlığı qaldırmağı seçib və bu onun dünya rekordundan bir kiloqram çox olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda iki nəfər seldə həlak olub
please wait

No media source currently available

0:00 0:12:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG