Accessibility links

Gürcüstan müxalifəti Saakaşviliyə dəstək məqsədilə yürüş keçirib


Gürcüstanda müxalifət tərəfdarları həbsdə olan və aclıq aksiyası keçirən keçmiş Prezident Mixeil Saakaşvilinin sərbəst buraxılmasına çağırış etmək üçün nümayiş keçiriblər.

Əllərində plakatlar və Gürcüstan Ukrayna və Avropa İttifaqı bayraqları tutan nümayişçilər Rustavi şəhərində Saakaşvilinin saxlandığı həbsxananın yanında toplanıblar.

Bundan öncə də 53 yaşlı yaşlı Saakaşvili səkkiz illik sürgünün ardınca ümummilli seçkilərdən öncə müxalifət üçün seçki kampaniyası aparmaq məqsədilə oktyabrın 1-də, ölkəyə dönəndən bir neçə saat ərzində saxlanılandan sonra aclıq aksiyasına başladığı həbsxananın önündə bənzər nümayişlər həyata keçirilib.

Nümayişlərin keçirilməsinə Saakaşvilinin təsis etdiyi müxalid Vahid Milli Hərəkat partiyası çağırış edib.

2004-2013-cü illərdə prezident olan Saakaşvili 2013-cü ildə keçirilən prezident seçkisindən sonra ölkəni tərk edib və 2018-ci ildə qiyabi olaraq səlahiyyətdən sui-istifadə etmək və parlamentdəki müxalifət üzvünün döyülməsi ilə bağlı dəlilləri ört-basdır etmək ittihamı ilə məhkum edilib.

Saakaşvili ona qarşı sürülən ittihamların siyasi motivli olduğunu bildirib.

Onun vəkilləri və şəxsi həkimi iddia edir ki, Saakaşvilinin vəziyyəti pisləşir və onlar onun həbsxanadan kənarda bir xəstəxanaya yerləşdirilməsini tələb ediblər. Hökumət bildirib ki, lazım olsa, o, Qldani Penitensiar İnstitutunda müalicə olunacaq.

Ədliyyə Naziri Rati Breqadze noybarın 5-də deyib ki, Saakaşvili müxtəlif sıyıqlar və təbii meyvə şirələri qəbul edib və həkimlərin yazdığı dərmanları içir.

Breqadze həmçinin deyib ki, nazirlik Saakaşvilinin təhlükəsizlik səbəbilə həbsxananı tərk edərək, məhkəməyə getməməsini şiddətlə tövsiyyə edir.

“Biz ədalətli təbliğ etmək üçün əlimizdən gələni edəcəyik,” Breqadze deyib. “Biz müdaxilə etməyəcəyik, amma bizim tövsiyyəmiz odur ki, məhkəmə 12 saylı Penitensiar Qurumda keçirilsin. Bu, bizim tövsiyyəmizdir və təbii olaraq, biz bütün gərəkli hüquqi prosedurlara riayət edəcəyik.”

Gürcüstanın əsas müxalifət qüvvəsi ENM oktyabrən 2-də ölkə boyu keçirilən bələdiyyə və mer seçkilərində hakim Almaniiya Arzusu partiyasına məğlub olub.

Müxalifət bildirib ki, milyarder və Saakaşvilinin rəqibi Bidzina İvanişvili Gürcüstan Arzusu partiyası oktyabrın 30-da seçkinin ikinci raundunda saxtakarlıq edib. Gürcüstan Arzusu seçki nəticəsində ölkənin beş ən böyük şərəhində merliyi qazanıb.

XS
SM
MD
LG