Accessibility links

Gürcüstanın həbsdən azad edilən keçmiş baş naziri hökumətə qarşı mübarizə aparacağını deyir


Gürcüstanın keçmiş baş naziri Vano Merabişvili cümə axşamı həbsxanadan çıxdıqdan sonra aktiv siyasətə qayıdacağını və mövcud hökumətə qarşı mübarizə aparacağını deyib.

2013-cü ildə həbs olunan Merabişvili vəzifə səlahiyyətlərindən sui-istifadə, maliyyə vəsaitlərindən qanunsuz istifadə və digər cinayətlərdə günahlandırıldıqdan sonra 6 il 9 ay həbs cəzasına məhkum edilmişdi.

Merabişvili baş nazir vəzifəsini 2012-ci ildə Gürcüstanın o zamankı prezidenti Mixeil Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Hərəkatı parlament seşkilərində keçmiş Sovet ölkəsinin ən varlı adamı Bidzina İvanişvilinin başçılıq etdiyi "Gürcü Arzusu" koalisiyasına uduzmasından əvvəl cəmi dörd aydan az bir müddət icra edib.

"Bu il bu rejimin devrilməsi yolunda mübarizəni davam etdirmək üçün gücümü, enerjimi, ümidimi, inamımı saxladım" - deyə, Merabişvili sərbəst buraxıldıqdan sonra jurnalistlərə bildirib.

"Bir il sonra bu hökumətin bitəcəyinə zəmanət verirəm" , o əlav ə edib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG