Accessibility links

Gürcüstan NATO-ya üzv olacaq


Gürcüstan NATO-ya üzv olacaq. Müttəfiq liderlər bunu dünən bir daha təsdiqlədilər”. NATO-nun baş katibi Cens Stoltenberq iyulun 11-də Gürcüstan prezidenti Giorqi Marqvelaşvili ilə görüşündə belə deyib.

Baş katib Gürcüstanı NATO-nun vacib tərəfdaşlarından biri adlandırıb, bu tərəfdaşlığın tərəfləri daha təhlükəsiz etdiyini vurğulayıb.

“Sizi üzvlüyə hazırlamaqdan ötrü işi davam etdirəcəyik. İslahatlarla bağlı əldə etdiyiniz proqres bizi təəssüratlandırır. Sizi bu işi davam etdirməyə çağırırıq”, o deyib.

GÜRCÜSTANIN HƏDƏFİ

Stoltenberq NATO-nun Polşadakı Təlim Mərkəzi ilə Tbilisidəki NATO-Gürcüstan Birgə Təlim Mərkəzi arasında sıx əməkdaşlıqdan məmnunluğunu dilə gətirib. O, Gürcüstana Qara dəniz regionunda sabitliyə verdiyi töhfəyə görə təşəkkürünü bildirib. Baş katib hərbi alyansın Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Marqvelaşvili martda AzadlıqRadiosu-na deyirdi ki, Gürcüstanın hədəfi NATO-nun tam üzvü olmaqdır. Amma ölkənin xarici işlər naziri Tengiz Pxaladze ötən həftə Brüssel sammitində üzvlüyə dəvət almaq şanslarının az olduğunu söyləyib. Onun dediyinə görə, Tbilisinin məqsədi “alyansın diqqətini üzləşdiyi təhlükəsizlik problemlərinə çəkmək”dir.

Ukrayna prezidenti Petro Poroşenkoya müraciətində Stoltenberq söyləyib ki, bu ölkənin NATO-ya üzvlüyü uzunmüddətli hədəfdir və onu islahatları davam etdirməyə çağırıb. NATO baş katibi Rusiyanın Krımı ilhaq etməsini bir daha pisləyib, Ukraynanın suverenliyinə dəstəyini bəyan edib.

NATO-nun 2008-ci ildə Buxarest sammitində alyans liderləri Gürcüstan və Ukraynanın gələcəkdə bloka üzv olmasına razılaşıblar. O vaxtdan hər toplantıda iki ölkənin üzvlük perspektivi təsdiqlənir, lakin konkret tarix qoyulmur.

XS
SM
MD
LG