Accessibility links

Gürcüstan parlamentinin müxalif üzvünə kütləvi zorakılıqların təşkili ittihamı irəli sürülüb


Gürcüstan prokurorları müxalif qanunvericiyə parlament önündə kütləvi zorakılıq təşkili ittihamı irəli sürüb. Həmin binanın qarşısında altıncı gündür ki, etirazlar keçirilir.

Nika Meliaya qarşı irəli sürülən ittihamla hökm oxunsa, onu doqquz ilədək həbs cəzası gözləyir.

Dövlət ittihamçıları parlamentdən Melianın toxunulmazlığının alınması üçün müraciət ediblər. Onlar bununla millət vəkilinin saxlanılmasına nail olmaq istəyirlər.

Çərşənbə axşamı etirazçılar parlamentin qarşısında yürüş keçirərək, keçən həftə dinc etirazçılara qarşı zorakılığın tətbiq edilməsi əmri verən daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edirblər.

Polis həmin gün nümayişçilərə qarşı gözyaşardıcı qaz və rezin güllələr istifadə etmişdi. Nəticədə 240-a yaxın insan xəsarət almışdı.

Gürcüstanda kütləvi etirazlar iyunun 20-də başlanmışdı. Buna səbəb rusiyalı deputat Sergey Qavrilovun parlamentlərarası assambleyanın Tbilisidə keçirilən iclasında spikerin kreslosunda oturması oldu. Onun bu hərəkəti Gürcüstan cəmiyyətini qəzəbləndirdi.

Rusiya 2008-ci ilin yayında Gürcüstanla qısa müharibədən sonra, onun separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıdı. Bundan sonra tərəflər arasındakı münasibətlər kəskin pizləşdi.

XS
SM
MD
LG