Accessibility links

Gürcüstan parlamentinin sədri Azərbaycana səfərini yarımçıq dayandırıb


Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze iyunun 20-də Azərbaycana rəsmi səfərini yarımçıq dayandıraraq Gürcüstana qayıdıb.

Bu barədə Kobaxidzenin kabinetinı istinadən interpressnews agentliyi məlumat yayıb.

Gürcüstan parlamentinin sədrinin iyunun 20-də Azərbaycana səfəri başlayıb. O, səhər saatlarında Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.

Bundan sonra İrakli Kobaxidze Gürcütanda yaranan insidentlə bağlı səfərini dayandıraraq Gürcüstana qayıdıb.

Gürcüstan parlamentinin qarşısına etiraz aksiyası
Gürcüstan parlamentinin qarşısına etiraz aksiyası

İyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozub. Gürcüstan Arzusu Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb edib.

Ötən gecə isə Tbilisidə geniş etiraz aksiyası keçirilib. Polis güc tətbiq edərək aksiyanı dağıdıb, 52 nəfər saxlanılıb.

Gürcüstan prezidenti Salome Zurabişvili də Belarusa rəsmi səfərini yarımçıq dayandıraraq Tbilisiyə qayıdıb.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG