Accessibility links

Gürcüstan prezidenti: Rusiyalı turistlərin ölkəyə səfər etmək imkanı olmalıdır


Gürcüstan prezidenti Salome Zurabişvili Euronews televiziya kanalına müsahibəsində bildirib ki, iki ölkə arasında problemlərlə rəğmən Rusiya turistlərinin ölkəyə gələ bilməsinə imkan verilməsi vacibdir.

“Mənim cavabım belədir - Turislərə bizim ölkəyə gəlmək imkanı verilməlidir. Çünki onlar Gürcüstanı sevirlər. Siyasətçitlər və liderlər isə baş verənlərin səbəbi olan problemin həllini tapmalıdırlar. Bu problemlin həlli Gürcüstan ərazilərinin bərpa edilməsi deməkdir. Lakin bu heç cürə nə turistlərə, nə də əhaliyə və sülh mühitinə təsir etməməlidir.” – deyə Zurabişvili bildirib.

Gürcüstanın paytaxtı Tbilisidə 20 iyun tarixində küçə etirazları başlayıb. Səbəb provoslavların parlamentlərarası assamleyasında rusiyalı kommunist deputatın Gürcüstan parlamentinin spikerinin yerində oturması olub. Kütləvi nümayişlər zamanı 200-dən çox insan xəsarət alıb. Polisin atdığı rezin güllələr bəzilərinin gözlərinə dəyib. Növbəti gün Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze istefa verib.

Rusiya prezidenti Vladimir Putin təhlükəsizliyi səbəb göstərərək, 8 iyul tarixindən etibarən Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarını qadağan edib.

XS
SM
MD
LG