Accessibility links

Gürcüstanı üç hissəyə bölən Rusiyanın nəzarətindəki de-fakto bölgəsi


Gürcüstanı üç hissəyə bölən Rusiyanın nəzarətindəki de-fakto bölgəsi
please wait

No media source currently available

0:00 0:03:22 0:00

Rusiyanın 2008-ci ildə Gürcüstan əraziləri olan Osetiya və Abxaziyanı işğalı parçalanan Gürcüstan torpaqlarındakı yüz minlərlə insanın həyatına təsir etdi. Digər tərəfdən ölkəni üç hissəyə bölən Rusiya ordusunun nəzarətindəki de-fakto bölgəsi on ildən sonra da ağrılı bir məsələ olaraq qalır.

Avropa Birliyinin Gürcüstan üzrə monitorinq qrupunun üzvləri günün 24 saatını 2008-ci ildə Moskvanın hərbi dəstəyi ilə Gürcüstandan alınan və özünü Cənubi Osetiya Respublikası elan edən ərazinin sərhədində keşik çəkir.

Bu de-fakto sərhədinin o biri tərəfinə isə Rusiya keşikçiləri nəzarət edir. Yaxınlıqdakı Rusiya bazası münaqişənin hələ də davam etdiyinə işarədir. Avropa Birliyinin Gürcüstan üzrə monitorinq qrupunu üzvü Erik Hoq: “Abxaziya və Cənubi Osetiya 2008-ci ilin avqustunda qondarma müstəqillik elan etdikdən sonra dövlət sərhədlərini də özləri təyin etdi. Rus hərbi qüvvələri gələn kimi patrul nəzarətinə başladı. İnfrastruktur yaradıldı, sərbəst keçidin qarşısı alındı. Keçid rejimi quruldu.”

Avropa Birliyi monitoriq qrupunun üzvləri silahsız mülki vətəndaşlardır, missiyası isə gərginliyin artmasına reaksiya verməkdədir. “Əgər silahlı bir qarşıdurma olarsa, əlbəttə ki, buna başqa cür cavab veriləcək, çünki bunun qarşısını almaq üçün silahsız missiya heç nə edə bilməz” - deyə Erik Hoq bildirir.

Gürcüstan Siyasi Təhlil Departamentindən təhlilçi Tamar Koçoradze: “Sərbəst hərəkət məhdudiyyətindən başqa yerli sakinlər, əsasən də etnik gürcü əhalisi öz dillərində danışmaq və təhsil almaq kimi məhdudiyyətlərlə üzləşir. Son illər gürcü məktəbləri də bağlanmağa başlayıb. İşğal altındakı bu iki bölgə boşaldılır. Praktiki olaraq Abxaziya bölgəsində əhalinin üçdə bir hissəsi, Cənubi Osetiyanın Sxinvali bölgəsində isə əhalinin yalnız beşdə bir hissəsi qalıb. ”

2008-ci ildəki münaqişə yüzlərlə əsgər və mülki əhalinin ölümünə səbəb oldu və Gürcüstan ərazisinin 20 faizini itirdi. Ekspertlərin dediyinə görə, Moskva atəşkəsə riayət etmədiyi üçün ölkənin bərpası çətin olacaq. Erik Hoq: "5-ci maddə razılığına görə, Rusiya qüvvələri mahribədən əvvəlki bazalarına qayıtmalıdır. Avropa İttifaqının bu siyəsətinə heç vaxt əməl edilməyib. Russiya hərəsində 4-5 min əsgəri qüvvə olmaqla, həm Abxaziya, həm də Cənubi Osetiyada hərbi mövcudluğunu saxlamaqdadır. Bu, Aİ perspektivində altı bənddən ibarət sazişin açıq şəkildə pozulmasıdır.”

Lakin bəzi müşahidəçilərin fikrincə, qarşıdurma dialoqa və ölkənin yenidən birləşməsinə səbəb ola bilər. Gürcüstanın ABŞ-dakı sabiq dəfiri Tedo Caparidze: “Biz Gürcüstanın ərazi bütövlüyü barədə çox danışırıq, lakin biz qonşularımız Abxaziya və Osetiya haqqında bir o qədər də danışmırıq. Düşünürəm ki, biz Abxaziya ilə dialoqu gücləndirməliyik. Bu, asan olmayacaq, çox çətin və mürəkkəb olacaq. Parallel şəkildə abxazlar, ruslarla və ya kimlərlə olur olsun, danışıqlar davam etməlidir. Biz Gürcüstanı daha yaxşı bir yerə çevirməliyik."

Şimal ərazilərinin itirilməsi Gürcüstan cəmiyyəti üçün travma, Qafqaz dağlarında açıq bir yaradır.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG