Accessibility links

Tbilisi ilə Moskva arasında böhran davam edir


Tbilisi ilə Moskva arasında böhran davam edir
please wait

No media source currently available

0:00 0:03:17 0:00

11 il əvvəl Rusiyanın Gürcüstan torpaqlarının 20 faizini işğal etməsindən sonra hökumətin bu ölkə ilə yaxınlaşmasına etiraz olaraq gürcüstanlıların küçələrə çıxmasından təxminən bir aydan çox vaxt keçir. Etirazlar Gürcüstan hökumətinin mühafizəkarlarının Rusiya Dumasının kommunist deputatı Andrey Qavrilovu Gürcüstan parlamentinə dəvət etməsindən sonra başladı. Polis nümayişləri dağıtmaq üçün şiddətə əl atdı, Moskva isə etirazların Rusiyanı təhrik məqsədi daşıdığını deyərək, Gürcüstana qarşı sanksiyalar tətbiq etdi.

Artıq bir aydan çoxdur gürcülər Gürcüstan parlamentində çıxış etməsi üçün Rusiyanın kommunist qanunvericisinin ölkəyə dəvətinə etiraz olaraq Tbilisi küçələrinə çıxır. Polis ilkin etirazları dağıtmışdı. Nümayişçi Tako Salakvelidze: “Əsas tələbimiz parlamentin spikerinin istefası idi, lakin hökumətin etirazçılara qarşı gücdən istifadə etməsindən sonra biz başda daxili işlər naziri olmaqla, bu məsələdə əlı olanların hamısının istefasını tələb etdik.”

Bu nümayişlər Tbilisi ilə Moskva arasında daha bir diplomatik böhrana səbəb oldu. Kreml iki ölkə arasında uçuşları dayandırdı və təhlükəsilzik səbəbilə vətəndaşlarına Rusiyaya dönməyi tövsiyə etdi. Lakin təhlilçilər Gürcüstan iqtisadiyyatının böyük hissəsinin rus turistlərdən asılı olduğunu və bunun Gürcüstana ciddi zərbə olacağını deyirlər. Gürcüstanın sabiq iqtisadiyyat naziri Vladimir Papava: “Gürcüstanın Milli Bankı, bu eyni zamanda Görcüstanın Mərkəzi Bankıdır və bu banka istinadən deyuə bilərəm ki, Gürcüstan ildə 400 milyon Amerika dolları itirəcək.”

Bu son gərgilik də də daxil olmaqla, Rusiya arasında gərginlik Rusiya ordusunun 2008-ci ildə Gürcüstanın separatçı Abxaziya və Osetiya regionlarını işğal etməsindən bəri davam edir. Bu bölgələrin müstəqilliyini isə Rusiya, Nikaraqua, Vünüsuela və Nauru tanıyıb. “Biz bu nümayişləri keçirməklə Osetiya və Abxaziyanı geri qaytaracağımızı düşünmürük, bizim tələbimiz hökumətimizin lazımı addımlar atmasıdır” deyə, Tako Savakişvili bildirir.

Nümayişçi Nikolay Levşits: “Biz gürcülər nə istədiyimizi anlatmağa çalışırıq, lakin rusların çoxu bunu – Rusiyanın Gürcüstanın 20 faiz ərazisini işğal etdiyini anlamır. Bu danılmaz bir həqiqətdir.”

Müşahidəçilər Moskvanın Gürcüstana NATO-ya üzv olmaqdan çəkindirmək üçün təzyiqlər göstərdiyini deyir. Gürcüstanın sabiq prezident səlahiyyətlərini icra edən Nino Burcanadze: “Tarixdə Rusiyanın geri addım atması faktı o qədər də çox deyil. Ancaq biz Rusiya ilə razılığa gəlsək və Rusiya özünün bazalarını Gürcüstandan çıxarsa, onda Gürcüstan NATO da daxil olmaqla, heç bir hərbi bloka daxil olmaz. Yəni bu, tərəflərin qəbul edə biləcəyi bir variant ola bilər.”

Lakin Avropaya yaxın olmaq istəyənlər üçün NATO-ya üzvlükdən imtina etmək məsələsi müzakirıə belə olunmaz. Gürcüstanın ABŞ-dakı sabiq səfiri Tedo Caparidze: “Biz hansısa bir dövlətin, Gürcüstan, İspaniya, Banqladeş və sairənin müstəqilliyindən danışırıqsa, biz həmin dövlətlərin verdiyi suveren qərarlarına də hörmət etməliyik. Onlar bizə NATO və ya Avropa Birliyinə üzv ola bilib bilmədiyimizi diqtə edə bilməz. Biz gürcülər Rusiyanın tərkibində deyil, rusiyalılarla yaşamaq istəyirik.”

Lakin turizm sənayesində Rusiyanın sanksiyaları ilə üzləşən Gürcüstandakı insanların çoxu bu kiçik ölkənin bu mübarizədə qalib gələcəyinə ümid etmir.

XS
SM
MD
LG