Accessibility links

Həkimlər Saakaşvilinin səhhətinin getdikcə pisləşdiyi barədə xəbərdarlıq edib


Mixeil Saakaşvilinin Gürcüstan həbsxanasında keçirdiyi aclıq aksiyasının bir ayının tamam olmaq üzrədir və bu Qara dəniz ölkəsinin rəsmiləri səhhəti getdikcə pisləşən inadkar eks-prezidentlə nə edəcəyini bilmir.

Gürcüstanda 2003-cü ildə Qızılgül İnqilabının 53 yaşlı liderinin xəstəxanaya yerləşdirilməsi ehtimalı ilə bağlı həkimlər və hökumət rəsmiləri arasında mübahisələr baş verib. Saakaşvili isə azad olunmasa “ölməyə hazır” olduğunu deyib.

Oktyabrın 19-da Saakaşvilinin şəxsi həkimi də daxil olmaqla, həkimlər və bir qrup tibbi eksper onu müayinə edib. Həkimlər onun səhhətinə geri dönülməz zərər vurulacağı barədə xəbərdarlıq edib və hökumət orqanlarını onu tam təchiz olunmuş xəstəxanaya köçürməyə çağırıb.

Gürcüstanın ədliyyə naziri buna cavab olaraq, həbsxana xəstəxanasının adekvat qayğı göstərə biləcəyini deyib.

Vəkillərinin sözlərinə görə, ancaq su içən Saakaşvili həbsxana xəstəxanasına köçürülməkdən imtina edib.

Oktyabrın 19-da və oktyabrın 23-də Saakaşvilini digər tibbi ekspertlər qrupu ilə birlikdə müayinə edən həkim Zurab Paqava bu həftə Azadlıq Radiosunun Gürcüstan xidmətinə "Hər keçən gün əvvəlkindən daha təhlükəlidir" deyib.

Kardioloq Paqava deyib ki, qrup Saakaşvilinin “C kateqoriyalı” xəstəxanaya göndərilməsi ilə bağlı yekdil rəy verib.“Bu məsələ ilə bağlı şura üzvləri arasında fikir ayrılığı olmayıb. Ondan sonra nə baş verib, onu deyə bilmərəm” - deyə, Paqava bildirib.

Ondan sonra öz səhhətində problem olduğunu deyən Paqava komandadan ayrılıb.

Rustavi həbsxanası
Rustavi həbsxanası

53 yaşlı Saakaşvili səkkiz il sonra, oktyabrın 1-də vətəninə geri döndükdən bir neçə saat sonra həbs edilərək Rustavidəki həbsxanaya salınıb. Bundan sonra o, aclıq elan edib.

Xatırladaq ki, 2004-2013-cü illərdə Gürcüstan prezidenti olan Saakaşvili 2018-ci ildə iki ayrı işdə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək qiyabi olaraq ümumilikdə 9 il həbs cəzasına məhkum edilib. Eks-prezident ittihamları rədd edib.

Latviya və Ukraynanın sabiq prezidentləri də daxil olmaqla, Aİ ölkələrindən onlarla qanunverici, keçmiş və indiki siyasətçilər Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin həbsdən azad edilməsini istəyib.

Oktyabrın 18-də Avropa qanunvericiləri tərəfindən imzalanan birgə açıq məktub Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti liderlərinə göndərilib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG