Accessibility links

Gürcüstanın hakim Gürcü Arzusu partiyası bələdiyyə seçkilərində böyük üstünlük qazanıb


Müxalifəti dəstəkləmək üçün sürgündən qayıdan sabiq prezident Mixeil Saakaşvilinin həbsindən bir gün sonra Gürcüstanın hakim partiyası bələdiyyə seçkilərində böyük üstünlük qazanıb.

Gürcüstanın Seçki Administrasiyasının bazar günü açıqladığı nəticələrə görə, hesablanan 99,97% səsin 46,7%-ni hakim Gürcü Arzusu partiyası 30,7% səs toplayan, Saakaşvilinin qurduğu Vahid Milli Hərəkatına (UNM) qalib gəlib.

Paytaxt Tiflisdə hazırkı meri Kaxa Kaladze 45%, müxalif UNM sədri Nika Melia 34% səs toplayıb. Namizədlərdən heç biri 50%-dən çox qazana bilmədiyi üçün şəhərdə oktyabrın 30-da ikinci səsvermə keçiriləcək.

Bu ilin əvvəlində Melia zorakılıqlara çağırış ittihamı ilə üç ay müddətinə həbs edilmişdi. Lakin o, bunun siyasi motivli olduğunu deyərək, ona qarşı irəli sürülən ittihamı rədd edib. iOnun may ayında azadlığa buraxılması Avropa İttifaqının vasitəçiliyi ilə Gürcüstandakı siyasi böhranının həllinə yönəlmiş sazişin bir hissəsi idi.

Şənbə günü keçirilən seçkilər 2004-2007 və 2008-2013-cü illərdə prezident olan, sonradan mühacirətdə yaşayan və 2018-ci ildə vəzifə səlahiyyətindən sui-istifadə etmək ittihamı ilə qiyabi olaraq məhkum edilən Saakaşvilinin geri dönməsi və həbsi ilə kölgədə qalıb.

Tiflisi şəhərinin meri Kaxa Kaladze
Tiflisi şəhərinin meri Kaxa Kaladze

Baş nazir İrakli Qaribaşvili bazar günü Saakaşvilinin 6 il müddətinə həbs ediləcəyini bildirib.

Paytaxt Tbilisinin merliyi daxil olmaqla, bir sıra vəzifələr uğrunda aparılan seçki ölkədə ötən il keçirilən parlament seçkisindən sonra aylarla davam edən siyasi böhrandan sonra əhəmiyyət qazanıb.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG