Accessibility links

Tbilisidə etirazçılara qarşı gücdən istifadə edilib


Polis Tbilisidə növbədənkənar seçkilər keçirilənə qədər parlament binasının girişini bağlayacağını deyən etirazçılara qarşı su şırnağından və gözyaşardıcı qazdan istifadə edib.

Qanunvericilərin seçki sistemində islahatlara dair vəd edilmiş qanun layihəsini qəbul edə bilməməsindən sonra artıq dördüncü gündür yüzlərlə insan parlament binası qarşısına toplaşır.

Hadisə yerindən nümayış etdirilən canlı yayımda polisin bir yerə toplaşmış kütləyə qarşı su şırnağından istifadə etdiyini görmək olub.

Bunun bir o qədər də effektinin olmadığını görən polis gözyaşardıcı qazdan istifadə etməyə və kütlənin üzərinə yeriməyə başlayıb ki, bu da etirazçılardan bəzilərini geri çəkilməyə məcbur edib.

Daxili İşlər Nazirliyinin bazar ertəsi açıqladığı bəyanatında yürüşün qanuni çərçivəsindən kənara çıxdığı deyilir.

Ölkənin əsas siyasi partiyası olan və parlmentdə çoxluğa malik “Gürcü arzusu” partiyası 2020-ci idə parlament seçkilərinin proporsional sistem əsasında keçirilməsinə dair Konstitusiyaya düzəlişin qəbul edilməsini vəd etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG