Accessibility links

Gürcüstanda komendant saatı elan edildi


Gürcüstanın baş naziri Georgi Qaxariya koronavirusun yayılmasının qarşısını almaq üçün martın 31-dən gecələr komendant saatı tətbiq ediləcəyini, ictimai nəqliyyatın, o cümlədən metro sisteminin bağlanacağını və üçdən çox insanın toplaşmasının qadağan ediləcəyini bildirib.

İctimai nəqliyyat vasitəsi ilə şəhərlər və qəsəbələr arasında səyahət qadağan ediləcək və üçdən çox adamın toplaşmasına yalnız sosial məsafə qaydalarına riayət etməklə, yalnız ərzaq mağazalarında və apteklərdə icazə verilə bilər.

Evdən çıxarkən bütün vətəndaşlar şəxsiyyət vəsiqələrini özləri ilə götürməli, 70 yaşdan yuxarı insanlara evlərini tərk etməyə yalnız yaxınlıqdakı ərzaq mağazasına və ya aptekə getmək üçün icazə verilir. Sakinlərə taksilərdən və şəxsi avtomobillərdən istifadəyə icazə verilir.

Qaxariya onu da əlavə edib ki, paytaxt Tbilisidə və ölkənin digər 6 böyük şəhərində vətəndaşların yoxlanması üçün xüsusi məntəqələr yaradılacaq.

3,7 milyon əhalisi olan bu Cənubi Qafqaz ölkəsində bazar ertəsi koronavirusa 100 nəfərin yoluxduğu, ölənlərin olmadığı və 18 xəstənin sağaldığı bildirilib. Ölkədə martın 21-dən etibarən bir ay müddətinə fövqəladə vəziyyət elan edilmişdi.

Ölkənin ədliyyə naziri Tea Tsulukiani mühafizəçilər də daxil edilməklə, penitensiar sistemin 800-ə yaxın müfəttişinin həbsxanada qalacağını və virusun yayılmaması üçün xüsusi yerlərdə saxlanılacaqlarını bildirib.

XS
SM
MD
LG