Accessibility links

Gürcüstan Ukraynadakı səfirini məsləhətləşmələr üçün geri çağırır


Cümə günü Gürcüstan ölkənin keçmiş prezidenti Mixeil Saakaşvilinin Ukrayna İcra İslahatları Komitəsinin sədri təyin olunmasından sonra Ukraynadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

"Gürcüstanın strateji tərəfdaşının belə bir təyinatı məhkəmələr tərəfindən mühakimə və cinayət məsuliyyətinə cəlb olunan bir şəxsin vəzifəyə təyin olunması ilə bağlı qərarı suallar doğurur" - deyə, Gürcüstan xarici işlər naziri David Zalkaliani jurnalistlərə bildirib.

O həmçinin deyib ki, bu qərar iki ölkə arasında diplomatik münasibətlərin kəsilməsi demək deyil.

XS
SM
MD
LG