Accessibility links

Gürcüstanda 28 etirazçı həbs edilib


Tbilisidə Parlament binası qarşısında çərşənbə axşamı səhər keçirilən etiraz aksiyasının dağıdıldığı zaman üç nəfər yaralanıb, iyirmi səkkiz nəfər həbs edilib.

Nümayişçilər çərşənbə axşamı parlamentdə iclasın keçiriləcəyi zaman girişləri bağlamağa çalışıblar.

Minlərlə insan bazar ertəsi parlament qarşısında hökumətin istefasını və erkən seçkilərin keçirilməsini tələb edərək nümayiş keçirib.

Hazırki etirazlar qanunvericilərin seçki sistemində islahatlara dair vəd edilmiş qanun layihəsini qəbul edə bilməməsindən sonra növbədənkənar seçkilərin keçirilməsini tələb edən əvvəlki aksiyaların davamıdır.

Bu qanun layihəsi ölkədə parlament seçkilərinin formatının dəyişdirilərək, bütün yerlərin partiya tərəfindən alınan səslərin nisbətinə görə müəyyən edilməsini nəzərdə tuturdu.

İqtidarda olan Gürcü Arzusu partiyasının opponentləri bildirir ki, hazırki sistemə əsasən parlamentdə yerlərin təxminən yarısı partiya siyahılarına müvafiq olaraq deyil, təkmandatlı namizədlərə düşür. Bu isə hakim partiyaya qeyri-proporsional dərəcədə üstünlük verir.

XS
SM
MD
LG