Accessibility links

Gürcüstanda ilkin seçki nəticələri hakim partiyanın qalib gəldiyini göstərir


Nika Melia
Nika Melia

Gürcüstanda oktyabrın 30-da keçirilən seçkinin ikinci raundunun nəticələri hakim Gürcüstan Arzusu partiyasından namizədlərin 20 merlik vəzifəsinin 19-nu qazandığın qalib gəldiyini göstərir.

Mərkəzi Seçki Komissiyası ilkin nəticələri oktyabrın 31-də açıqlayıb və nəticələr göstərir ki, Gürcüstan Arzusu partiyasının namizədləri paytaxt Tbilisi, habelə Batumi, Kutaisi, Poti və Rustavidə merlik seçkilərində qalib gəlir.

Gürcüstan Arzusu partiyasının namizədləri həmçinin 42 yerli rayon şurasının 25-də qalib gəlir, 15 rayonda isə müxalif namizədlər qalib gəlib.

Nəticələr elan olundan sonra müxalif Vahid Milli Hərəkat partiyasının lideri Nika Melia deyib ki, seçkilər saxtalaşdırılıb.

“Özümüzü aldadmayaq, seçkilər ləğv olunub,” o deyib.

Melia “kompromisə getmədək mübarizə aparacağına”söz verib və daha sonra elan edib ki, müxalifət noyabrın 7-də Tbilisdə böyük nümayişin keçirilməsinə çağıracaq.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstan Arzusunun nəticələrini alqışlayıb və qalib gələn namizədləri təbrik edib.

Vahid Milli Hərəkat partiyasının bir digər lideri Giorgi Baramidze oktyabrın 30-da sabiq prezident Mixail Saakaşvilini aclıq aksiyasını dayandırmağa çağırıb və deyib ki, müxalifətin “dinc inqilab” etmək üçün onun sağ olmasına ehtiyacı var.

“Mişa, qardaşım, sən bizə sağ lazımsan. Təkcə Putin və İvanişvili sənin ölməni istəyir. Sən düşmənin lənətinə görə ölməməlisən,” Baramidze Rusiya Prezidenti Vladimir Putin və Gürcüstan Arzusunun təsisçisi sabiq Baş nazir Bidzina İvanişviliyə istinad edərək bildirib.

O, gürcüləri “bu mənəvi baxımdan tamamilə iflasa uğrayan rejimi” yürüşlər və itaətsizlik yolu ilə təcrid etməklə “dinc inqilab” etməyə çağırıb.

Saakaşvili bir aya yaxındır aclıq aksiyası keçirir. Müxalifət, həkimlər və Saakaşvilinin vəkilləri Gürcüstan Arzusu hökumətini onu müalicə olmaq üçün özəl xəstəxanaya yerləşdirməyə çağırır, lakin Qaribaşvili bunu rədd edib və oktyabrın 29-da deyib ki, Saakaşvilinin “intihar etmək haqqı” var.

2004-2013-cü illərdə prezident olan 53 yaşlı Saakaşvili 2018-ci ildə prezident ikən səlahiyyətdən sui-istifadə və müxalif parlament üzvünü döyməklə bağlı dəlilləri ört-basdır etməyə çalışmaq ittihamları səbəbilə qiyabi olaraq həbsə məhkum edilib.

Saakaşvili ona qarşı irəli sürülən ittihamların siyasi motiv daşıdığını bildirib.

Qaribaşvili bu həftə seçiciləri Gürcüstan Arzusunu dəstəkləməyə çağırıb və Saakaşvilinin Vahid Milli Hərəkat partiyasını “dövlət əleyhinə və anti-milli qüvvə” adlandırıb.

Saakaşvili səsvermə başlamadan öncə vəkilləri vasitəsilə yaydığı bəyanatda deyib ki, bu seçki Gürcüstan demokratiyası üçün həlledicidir.”

Qərb tərəfdarı olan Saakaşvili həbsinə etiraz əlaməti olaraq 30 gündür aclıq aksiyası keçirir və həbsinin siyasi motivlu olduğunu iddia edir. Birləşmiş Ştatlar onun vəziyyəti ilə bağlı narahatlığını ifadə edib.

XS
SM
MD
LG