Accessibility links

Gürcüstanda minlərlə veb səhifə kiber-hücumuna məruz qalıb


Gürcüstan Daxili İşlər Nazirliyinin çərşənbə aşamı açıqladığı məlumatda polisin minlərlə veb səhifəni offline vəziyyətinə salan və çox guman ki, xaricdən edilən genişmiqyaslı kiber-hücumu araşdırdığı bildirilib.

Bazar ertəsi minlərlə dövlətə məxsus, özəl və media saytları sıradan çıxarılıb və ana səhifələrində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin əlində `Geri dönəcəyəm!` yazılan plakat tutduğu görüntüsü nümayiş etdirilib.

Kiber hücum prezident aparatı, yerli bələdiyyə ofisləri və iki özəl televiziya stansiyası da daxil olmaqla, bir çox veb səhifəni hədəf alıb.

`Kiber-hücum həm ölkənin ya daxilindən, həm də xaricdə həyata keçirilə bilərdi` - deyə, Daxili İşlər Nazirliyi bildirib.

2008-ci ildə, Gürcüstan Rusiya ilə separatçı bölgələr uğrunda gedən qısamüddətli müharibə zamanı da Rusiyanı gürcü saytlarına qarşı haker hücumunda ittiham etmişdi.

Kreml ona qarşı irəli sürülən `haker ittihamını rədd edbi. O zamandan bəri kəsilən diplomatik münasibətlər hələ də bərpa olunmayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG