Accessibility links

Gürcüstanda NATO təlimləri başlayıb


Gürcüstanın Senaki hərbi bazasında NATO ölkələri və Şimali Atlantik alyansın tərəfdaşlarının iştirakı ilə genişmiqyaslı Agile Spirit-2018 (Çevik ruh) hərbi təlimləri başlayıb.

Sentyabrın 1-də başlayıb on gün davam edəcək hərbi təlimlərdə ABŞ. Bolqarıstan, Rumıniya, Latviya, Yunanıstan, Ukrayna, Türkiyə, Çexiya, Estoniya və Gürcüstan hərbçiləri iştirak edir. Hərbi təlimlər 2008-ci ilin avqust ayında Gürcüstanın qərb bölgəsinə Abxaziyadan müdaxilə etmiş Rusiya qüvvələrinin dağıtdığı hərbi bazada keçirilir.

Bundan əvvəl NATO ölkələri və tərəfdaşlarının iştirakı ilə keçirilən Noble Partner-2018 (Ləyqətli tərəfdaş) təlimləri avqust ayının ortalarında başa çatıb.

NATO ölkələri və tərəfdaşlarının iştirakı ilə keçirilən Noble Partner-2018 (Ləyqətli tərəfdaş) təlimlərinin açılışı, 1 avqust, 2018.
NATO ölkələri və tərəfdaşlarının iştirakı ilə keçirilən Noble Partner-2018 (Ləyqətli tərəfdaş) təlimlərinin açılışı, 1 avqust, 2018.

Gürcüstan NATO-ya inteqrasiya prosesinə hazırlıqların üçüncü mərhələsindədir.

Agile Spirit-2018 hərbi təlimləri Gürcüstanda 2011-ci ildən başlayaraq keçirilir. Keçən il hərbi təlimlərdə yeddi ölkənin hərbçiləri iştirak edib.

Builki təlimlər zamanı NATO-nun çevik qüvvələrinin tərkibində hərbi birləşmələrin böhranlı vəziyyətlərə hazırlıq səviyyəsinin artırılması üçün birgə əməliyyatlar keçirməsi məşq ediləcək.

XS
SM
MD
LG