Accessibility links

Gürcüstanda səsvermənin ikinci raundu keçirilir


Oktyabrın 30-da Gürcüstanda yerli seçkilərin ikinci raundu keçirilir. Ölkədə siyasi böhran yaşanır. Belə ki, eks-prezident və müxalifət lideri Mixail Saakaşvili həbsxanada aclıq aksiyası keçirir.

Beş böyük şəhər – Tbilisi, Batumi, Kutaisi, Poti və Rustavidə merlik vəzifələri uğrunda keçirilən səsvermədə Baş nazir İrakli Qaribaşvilinin hakim Gürcüstan Arzuzu partiyasından namizədlər Saakaşvilinin müxalif Vahid Milli Hərəkat partiyasından namizədlərə qarşı yarışırlar.

Bundan əlavə 15 kiçin bələdiyyədə mer vəzifəsi, habelə 12 yerli şurada 42 yer uğrunda səsvermə keçirilir.

Tbilisidə oktyabrın 2-də keçirilən səsvermənin ilk raundunda Gürcüstan partiyasından hazırkı mer Kaxa Kaladze 42 faiz, rəqibi Vahid Milli Hərəkat partiyasının namizədi Nika Melia isə 34 faiz səs qazanıb.

Ümumilkdə ilk raundda Gürcüstan Arzusu qalib gəlib. Lakin Saakaşvilinin oktyabarın 1-də səkkiz illik sürgündən sonra ölkəyə geri döndüyü zaman həbs edilməsi bu qələbəyə kölgə saldı.

Müxalifət seçki saxtakarlığının olduğunu iddia edir, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı deyib ki, səsvermədə “namizədlərə və seçicilərə hədə-qorxu, təzyiq və səslərin alınması” kimi halların baş verdiyinə dair ittihamlar mövcuddur.

2004-2013-cü illərdə prezident olan 53 yaşlı Saakaşvili 2018-ci ildə prezident ikən səlahiyyətdən sui-istifadə və müxalif parlament üzvünü döyməklə bağlı dəlilləri ört-basdır etməyə çalışmaq ittihamları səbəbilə qiyabi olaraq həbsə məhkum edilib.

Saakaşvili ona qarşı irəli sürülən ittihamların siyasi motiv daşıdığını bildirib.

Qaribaşvili bu həftə seçiciləri Gürcüstan Arzusunu dəstəkləməyə çağırıb və Saakaşvilinin Vahid Milli Hərəkat partiyasını “dövlət əleyhinə və anti-milli qüvvə” adlandırıb.

Saakaşvili səsvermə başlamadan öncə vəkilləri vasitəsilə yaydığı bəyanatda deyib ki, bu seçki Gürcüstan demokratiyası üçün həlledicidir.”

Qərb tərəfdarı olan Saakaşvili həbsinə etiraz əlaməti olaraq 30 gündür aclıq aksiyası keçirir və həbsinin siyasi motivlu olduğunu iddia edir. Birləşmiş Ştatlar onun vəziyyəti ilə bağlı narahatlığını ifadə edib.

Müxalifət, həkimlər və Saakaşvilinin vəkilləri hakim Gürcüstan Arzusu hökumətini keçmiş lideri müalicə almaq üçün özəl xəstəxanaya köçürməyə çağırır.


Lakin Qaribaşvili həbsxanadan çıxarmağı rədd edib, və oktyabrın 28-də televiziyada yayımlanan müsahibəsində Saakaşvilinin “inithar etmək haqqına sahib olduğunu”deyib.

“Qanuna görə, bir şəxs intihar etmək hüququna sahibdir,” Qaribaşvili deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG