Accessibility links

Gürcüstanda Saakaşvilinin həbsindən sonra seçki keçirilir


Şənbə günü Gürcüstanda yerli seçkilər keçirilir. Bu seçki eks-prezident və müxalif siyasətçi Mixail Şaakaşvilinin həbsindən sonra hakim partiya ilə müxalifət arasında siyasi qarşıdurmanı qızışdıra bilər.

Gürcüstanı 2013-cü ildə tərk edən və 2018-ci ildə qiyabi olaraq həbs cəzasına məhkum edilən Saakaşvili cümə günü Gürcüstana geri dönəndən və tərəfdarlarını müxalifətə səs verməyə və seçkidən sonra küçə etirazları keçirməyə çağırandan sonra həbs edilib.

Gürcüstan rəsmiləri xəbərdarlıq edib ki, o, geri gəlsə həbs olunacaq və Prezident Salome Zurabişvili 53 yaşlı Zurabişvilini həbs edəndən sonra əfv etməyəcəyini deyib və onu ölkədəki sabitliyi pozmağa çalışmaqda ittiham edib.

Paytaxt Tbilisinin merliyi daxil olmaqla bir sıra vəzifələr uğrunda aparılan seçki ölkədə ötən il keçirilən parlament seçkisindən sonra aylarla davam edən siyasi böhrandan sonra əhəmiyyət qazanıb. Seçki nəticəsində müxalifət parlamenti boykot edib.

Şaakaşvilinin təsis etdiyi əsas müxalifət partiyası Vahid Milli Hərəkatın sədri fevral ayında həbs olunub, may ayında Avropa İttifaqının hökumətlə partiya arasında qarşıdurmanı azaltmaq məqsədilə razılığa vsitəçilik etmək səyi nəticəsində sərbəst buraxılmışdı.

Razılıq yayda hakim Gürcü Arzusu partiyasının geri çəkilməsindən sonra çökdü.

Razılığa əsasən, Gürcü Arzuzu şənbə günü keçirilən yerli seçkilərdə səslərin 43 faizini toplmadağı təqdirdə erkən parlament seçkilərini keçirməli idi.

Bu yaxınlarda aparılan rəy sorğularının nəticələri Gürcü Arzusuna dəstəyin 36 faiz olduğunu göstərib.

Razılıq artıq çöksə də, siyasi təhlilçilər deyir ki, hakim partiya razılıqda qeyd olunan səsləri qazanmayıb, erkən parlament seçkilərin keçiriləcəyini elan etməsə, bu seçki etirazlarla nəticələnə bilər.

“Gürcü Arzusu bir öncəki parlament seçkisində əldə etdiyi 48.22 faizi qazanmasa, yenə qarışıqlıq yaşana və mümkün yeni siyasi böhran dalğası yaşana bilər,” Emerging Europe təşkilatının araşdırmaçısı Soso Dzamukaşvili deyib.

Saakaşvili saxlanılıb, təcridxanaya salınmadan öncə tərəfdarlarını Vahid Milli Hərəkata və ya Gürcü Arzusuna qarşı çıxan hər hansı kiçik partiyaya səs verməyə və bazar günü Tbilisinin mərkəzində toplaşmağa çağırıb.

“Hər kəs səsvermə məntəqələrinə gedib, səs verməlidir və oktyabrın 3-də biz Azadlıq Meydanını doldurmalıyıq. Əgər 100 min insan toplaşsa, heç kəs bizi məğlub edə bilməz,” o deyib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG