Accessibility links

Gürcüstanda etirazçılar hökuməti istefaya çağırır


Bazar ertəsi Gürcüstan Respublikasında minlərlə insan hökumətin istefaya göndərilməsini və erkən seçkilərin keçirilməsini tələb edərək parlament qarşısında nümayiş keçirib.

Nümayişçilər paytaxt Tbilisidə deputatların çərşənbə axşamı səhər iclas keçirmələrinə mane olmaq üçün gecələməyə söz verərək parlamentə girişləri bağlayıblar.

Hazırki etirazlar qanunvericilərin seçki sistemində islahatlara dair vəd edilmiş qanun layihəsini qəbul edə bilməməsindən sonra növbədənkənar seçkilərin keçirilməsini tələb edən əvvəlki aksiyaların davamıdır.

Bu qanun layhihəsi ölkənin parlament seçkilərinin formatını dəyişdirməyi nəzərdə tuturdu. Bütün yerlər bir partiyanın aldığı səs nisbətinə görə müəyyən ediləcəkdi.

Hakim Gürcü Arzusu partiyasının əleyhdarları deyirlər ki, hazırki sistemə əsasən parlamentdə yerlərin təxminən yarısı partiya siyahılarına müvafiq olaraq deyil, təkmandatlı namizədlərə düşür. Bu isə hakim partiyaya disproporsional dərəcədə üstünlük bəxş edir.

XS
SM
MD
LG