Accessibility links

‘Gürcüstandan beş dəfə varlı Azərbaycan’ vətəndaşlarının borclarını siləcəkmi?


Qonşu Gürcüstanın tətbiq etməyə hazırlaşdığı “maliyyə amnistiyası” Azərbaycanda da həyata keçirilə bilərmi?

Gürcüstanda banklara borcunu ödəyə bilməyən 600 minədək adam varsa, Azərbaycanda da eyni durumda olanların sayı rəsmi rəqəmlərə görə təxminən 700 minə yaxındır.

Bazar ertəsi Gürcüstanın maliyyə naziri elan edib ki, sosial cəhətdən müdafiəsiz olan 600,000-dək adamın banklara borcu bu il dekabrın sonunadək tamamilə silinəcək.

Əksər təhlilçilər hökumətin bu addımını prezident seçkisi öncəsi hakim partiyanın namizədinin xeyrinə olan bir gediş saysa da, istənilən halda vətəndaşın və həm də ölkə iqtisadiyyatının xeyrinə olan bu təşəbbüsü alqışlayırlar. Azərbaycanda da problemli kreditlərin məbləği təxminən 2 milyard manata yaxındır. Müxalif REAL partiyasından iqtisadçı Natiq Cəfərli deyir ki, eyni addımı Bakı nəinki ata bilər, hətta atması zəruridir.

Natiq Cəfərli
Natiq Cəfərli

“Belə bir qərarın qəbul olunmaması problemli kreditlərin həcmini hər il artırdı və ümumiyyətlə bankların iqtisadi aktivliyinə mənfi təsir göstərdi, vətəndaşların üzərində isə ciddi bir yükə çevrildi. Təbii ki, Azərbaycanın iqtisadi gücü problemli kreditləri həll etməyə yetərlidir, sadəcə buna siyasi iradə lazımdır. Əgər bu il də həll olunmasa, bir müddət sonra problemli kreditlər daha da şişəcək və dövlətin üzərinə ağır yük kimi düşəcək. Əgər bu problem həll olunmasa 2-3 ilə bank sektoru ümumiyyətlə iflic vəziyyətə düşə bilər”.

160 manat pensiyanın yarısını borc qaytarmaq

Hələliksə olan odur ki, Azərbaycanda vaxtı keçmiş borcların əsasən məhkəmələr vasitəsilə həllinə çalışılır. Məsələn, Bakı sakini Əsgər Abbasov deyir ki, 2014-cü ildə banklardan birindən götürdüyü 2500 manat kreditin altından hələ də çıxa bilmir. 2015-ci ildə bankın təklifi ilə onun manatla götürdüyü kredit dollara transfer edilib, iş məhkəməyədək gedib çıxıb, amma qərar borclunun xeyrinə olmayıb:

160 manat pensiya alıram, onun yarısını bank tutur, yarısı mənə qalır. Məhkəmə oldu, ordan da qərarın icrasını ötürdülər pensiya fonduna.

“160 manat pensiya alıram, onun yarısını bank tutur, yarısı mənə qalır. Məhkəmə oldu, ordan da qərarın icrasını ötürdülər pensiya fonduna. Götürdüyüm pulun iki, üç qatını ödəyirəm, amma bu bəladan qurtula bilmirəm”.

Bu ilin sentyabrında dollarla götürülən kreditlərin işinə Konstitusiya Məhkəməsində də baxıldı. Çünki problemli kreditlərin böyük bir hissəsi məhz 2015-ci ilin dekabrı və 2016-cı ilin fevralındakı devalvasiyalardan sonra - manat dollara qarşı iki dəfəyə qədər dəyər itirəndən sonra yaranıb. Amma işə baxan Konstitusiya Məhkəməsi də borcluların xeyrinə qərar çıxarmadı və nəticədə borclular devalvasiyadan öncə dollarla götürülən kreditləri yenə də köhnə məzənnə ilə yox, hazırki məzənnə ilə qaytarmalı oldular.

Borcları silməmək dövlətin də ziyanınandır

İctimai Təşəbbüslər Mərkəzinin sədri, iqtisadçı alim Qubad İbadoğlu isə hesab edir ki, Azərbaycanda da məbləği 5000 minə qədər olan borcların silinməsi hazırda getdikcə ağırlaşan borc probleminin həllinə, eləcə də borcluların sosial-iqtisadi proseslərdə iştirak imkanlarına əhəmiyyətli töhfə olardı.

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı ölkədə əvvəlcə banka borcluların sosial təsnifatının aparılsını təklif edir. Bəs hökumətin indiyədək belə bir addım atmamasına səbəb nədir, bundan sonra ölkəGürcüstanın ardınca gedib borcları bağışlaya bilərmi?

Manatın devalvasiyasından sonra banklara borcu olanlara dövlətin güzəşt etməsi ilə bağlı məsələ bir neçə dəfə Milli Məclisdə də qaldırılıb.

Hökumət pis bir presedent yaratmaq istəmir. Düşünür ki, bu gün biz borcları silsək bir müddət sonra vətəndaşlar yenə borc yığa bilərlər və arxayın ola bilərlər ki, növbəti dəfə də hökumət o borcların silinməsini öz üzərinə götürəcək.

Xüsusilə də Konstitusiya Məhkəməsi dollar kreditlərilə bağlı vətəndaşın xeyrinə olmayan qərar çıxaranda, millət vəkillərindən Vahid Əhmədov və Əli Məsimli prezidentə müraciət də edib ki, bu qərara yenidən baxılsın. Millət vəkilləri qeyd ediblər ki, bu qərardan təkcə vətəndaşlar yox, banklar da zərər görür. Amma indiyədək nə Konstitusiya Məhkəməsinin qərarına yenidən baxılıb, nə də borcların həlli ilə bağlı bir dövlət proqramı ortaya qoyulub. İqtisadçı ekspert Natiq Cəfəli düşünür ki, hökumət vətəndaşların banklara borclarını bağışlamaqdan ehtiyat edir:

“Hökumət pis bir presedent yaratmaq istəmir. Düşünür ki, bu gün biz borcları silsək bir müddət sonra vətəndaşlar yenə borc yığa bilərlər və arxayın ola bilərlər ki, növbəti dəfə də hökumət o borcların silinməsini öz üzərinə götürəcək. Belə bir düşüncəyə malik olduqlarını düşünürəm”.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Görək Aqil Abbas nə edəcək?

Müxalif REAL partiyası 2019-cu il büdcə qanununa əlavə və dəyişikliklər çərçivəsində yeni qanun layihəsi hazırlayıb və dövlətə təqdim etmək üçün imza toplayır.

Həmin layihədə problemli kreditlərlə bağlı həll də təklif olunur. REALçılara görə, devalvasiy ucbatından yaranan kredit borclarını vətəndaş əvvəlki məzənnə ilə qaytarmalı, məzənnə fərqindən doğan bankların itkisini isə dövlət birbaşa banklara qaytarmalıdır. Vəsaitin mənbəyi də göstərilir – Nazirlər Kabineti və dövlət büdcəsinin son illər xərclənməyən, yığılan ehtiyatları. Layihədə göstərilir ki, yığılan ehtiyat 1,9 milyard manatdır və sözü gedən tələbi artıqlaması ilə ödəyir.

Aqil Abbas
Aqil Abbas

Hökumətin bu təklifə reaksiyası hələki yoxdur. Amma millət vəkili Aqil Abbas problemli kreditlərin bağışlanması məsələsinin büdcə müzakirələrindən sonra parlamentdə qaldırılacağını istisna etmir:

Çox istərdim ki, Azərbaycanda da Gürcüstandakı kimi belə addım atılsın. Buna dövlətin imkanı var.

“Çox istərdim ki, Azərbaycanda da Gürcüstandakı kimi belə addım atılsın. Buna dövlətin imkanı var. Azərbaycan Gürcüstandan beş dəfə varlı ölkədir. Həm büdcəsi ondan beş dəfə çoxdur, həm də ÜDM ildən ilə artır, ixracatımız artır, sərmayə qoyuluşları çoxalır. Yəni, ölkədə iqtisadi inkişaf var. O baxımdan, Azərbaycan da belə bir addım ata bilər və istərdim ki, atsın”.

Azərbaycan manatı son üç ildə dollara qarşı iki dəfəyə qədər dəyər itirib. Devalvasiyalar neft ucuzlaşan dövrdə baş verib. Bundan sonra bankların durumu da pisləşib, qaytarıla bilməyən problemli kreditlərin həcmi 2 milyard manata çatıb, 12 bank bağlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG