Accessibility links

Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı koronavirusa deyil, qripə yoluxub


Saleh Rüstəmov
Saleh Rüstəmov

Həbsdə olan Gədəbəy rayon İcra Hakimiyyətinin kecmiş başcısı Saleh Rüstəmovun koronavirusa yoluxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar doğru deyil. Saleh Rüstəmov koronavirusa deyil, ağır qripə yoluxub.

Bu barədə Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov Amerikanın Səsinə bildirib.

"Saleh Rüstəmovun bədən temperaturu yüksək idi, iy və dad bilməmə kimi simptomları var idi. Həbsdə olan məhbusların çoxu hazırda bu vəziyyətdədir. Mediada məlumatlar yayıldıqdan sonra ondan test götürüblər, nəticəsi neqativ çıxıb. Qripə qarşı müalicə başlayıb. Hazırda durumu normaldır, bədən tempetaruru normallaşıb. Dərmanlarla təchiz olunub,” Taleh Rüstəmov Amerikanın Səsinə deyib.

Penitensiar Xidmət həbsdə olan bütün məhbusların koronavirusa qarşı vaksinasiya olunduğunu bildirib. Bununla yanaşı, qeyri-rəsmi mənbələr həbs yerlərində koronavirusa yoluxan çoxsaylı xəstələrin olduğunu bildirir.

Penitensiar Xidmətin müalicə müəssisəsinin baş həkimi Nicat Cəlilov bu məlumatları “şayiə” kimi qiymətləndirib.

"Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə əməkdaşlıq edirik. Statistik göstəricilər Penitensiar Xidmətdə koronavirus xəstəliyinin siz dediyiniz dərəcədə yayılmamasını göstərir. Lazımı qədər həkim, dərman və ləvazımatımız var. Yoluxmuş xəstələri sağlamlardan izolyasiya edirik," Cəlilov qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.

Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə günahkar bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovu 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, bunu “qurama iş” adlandırıb.

Bu cinayət işi üzrə həbs edilənlərdən Babək Həsənov bu il martın 18-də əfv olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG