Accessibility links

Gələcək Şəhər müsabiqəsi


Gələcək Şəhər müsabiqəsi
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Bu ilki Gələcək Şəhər yarışmasında ABŞ və dünya boyu 45 mindən çox şagird iştirak edib. Onlar etibarlı təmiz su təchizatı təklifi irəli sürməli olublar. Komandalar öz layihələrini Vaşinqton şəhərində təqdim edib. Orada qalib komanda ilə başqa dörd komanda mükafatla təltif olunub.

Bu Yemoja-dır, bu il keçirilən Gələcək Şəhər yarışmasında qalib gələn model. Bu model İndiana ştatınından bir qrup məktəb şagirdləri tərəfindən hazırlanıb.

Gələcək Şəhər Yarışmasında qalib gələn model
Gələcək Şəhər Yarışmasında qalib gələn model

Bu ilki müsabiqənin mövzusu Təmiz Su olub. Şagirdlərə təmiz içməli su təchizatları yaratmaq tapşırığı verilib. Ümumilikdə isə proqramın məqsədi şagirdləri gələcəyin şəhərini təsvir edib, inşa etməyə təşviq etməkdir.

Gələcək Şəhər müsabiqəsinin hakimi deyir ki, bu müsabiqə şagirdlərin yaradıcılıqları və təxəyyüllərini ortaya çıxarır.

"Onlar gələcəyi necə görmək istədiklərini və gələcəkdə böyük əhalilərə təsdir göstərəcək problemi neçə həll edəcəklərini müzakirə etməlidirlər və daha sonra əllərində olan məhdud resurslardan istifadə etməyi bacarmalı və həmin problemi yaradıcı şəkildə həll etmək üçün yeni texnologiya yaratmalıdırlar", hakim Şar Qovindan deyir.

Beynəlxalq proqram artıq 28 ildir davam edir və indiyədək müsabiqədə ABŞ-ın 40-dan çox regionundan 1500 məktəbdən 45 min şagird iştirak edib.

"Bu layihədə mühəndislik və çox sayda başqa bacarıqlar tələb olunur. Layihə dörd hissədən ibarətdir. Birinci hissə sim şəhərindən ibarətdir ki, orada virtual şəhər yaradırsan. İkinci hissədə 1500 sözlük esse yazırsan, üçüncüdə model hazırlamalısan və ən sonda müsabiqədə prezentasiya ilə çıxış edib, sualları cavablandırmalısan", Filadelfiya komandasının üzvü Naişu Vitna deyir.

Beynəlxalq komandalar arasında koronavirus səbəbilə müsabiqəyə qatıla bilməyən çinli komanda da olub.

"Çində çox güclü Gələcək Şəhər proqramı mövcuddur və onlar illərdir bizimlədir. Biz komandalarımızın Vaşinqtona gəlməsindən çox məmnunuq. Amma təəssüf ki, onlar bu il Çinə tətbiq olunan səyahət qadağası səbəbilə bizə qoşula bilmədilər", proqramın meneceri Maggi Dressel bildirir.

Kanadalılar isə başqa çətinliklərlə üzləşib.

"Modeli bura gətirməkdə çətinlik çəkdik. Burada ikən onun parçaları dağıldı, ona görə də, biz onu geri yığmağa vaxt sərf etdik" - deyə, Kanada komandasının üzvü Miya Həsən bildirir.

Digər mükafat alan komandalar arasında Kansaz və Kanzas Siti metropolitan ərazilərini əhatə edən Great Plains, Şimali Karolina, Nyu Yorkun paytaxtı Albani və Aydaho olub. İndiana əsas mükafatın qalibi olaraq məktəbin STEM proqramı üçün 7500 dollar və ABŞ-ın Fəza Düşərgəsinə səfər qazanıb.

XS
SM
MD
LG