Accessibility links

Gələcəyin dronları necə olacaq?


Gələcəyin dronları necə olacaq?
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Səslə idarə edilən dronlar. Rəqs edən dronlar. Müqavimət göstərən dronlar…

Diqqətinizi cəlb etsə də, yəgin ki, təəccübləndirmir. Çünki dron istehsalçılarının dediyinə görə, bu, istehlakçı dronları sənayesinin indiki vəziyyətidir. Onların əksəriyyəti üçün gələcək, bizneslər üçün uçan robotların hazırlanmasıdır.

Silikon Vadisində yerləşən Nightingale Security şirkətinin Blackbird adlı dronu polad yuva ilə hazırlanır.

Cek Vu, Nightingale Security: “Blackbird-ün dəqiqliklə enmək və müstəqil şəkildə enerji toplamaq bacarığı var. O həmişə növbəti tapşırığa hazırdır və digər dronlarla da ünsiyyət qura bilir.”

Bu dron artıq aparıcı avtomobil şirkətinin zavodunda, İnternet şirkətinin məlumatlar mərkəzində və hətta marixuana sahəsində mühafizə işinə cəlb edilib.

Bahalı oyuncaqlarla başlayan Çin dron istehsalçısı Yunecc hal-hazırda istiqamətini dəyişir.

Co Şamun, Yuneec şirkətinin vitse-prezidenti: “Keçən il biz özümüzün kommersiya tətbiqetməsini hazırlamaq qərarı verdik. Bu dronlar təftiş, nəzarət, kənd təsərüffatı və təhlükəsizlik sahələrinə yarım edəcək.”

Tənzimləyicilərin dron sənayəsini yavaşlatdığı bir zaman Flytrex şirkətinin rəhbəri Yariv Baş düşünür ki, Federal Aviasiya İdarəsinin keçən il başlatdığı dronlarla bağlı pilot proqramı prosesi irəli aparacaq. Onun şirkəti Şimali Karolinada bu pilot proqramın bir hissəsidir.

Yariv Baş, Flytrex: “Biz Şimali Karolinada fastfud, hamburger, suşi, pizza çatdırılmasına başlamaq üzrəyik. Pilot proqramı bir neçə ay ərzində çox məhdud bir miqyasda başlayacaq və biz insanların sifarişlərini evlərinin həyətlərinə çatdıracayıq.”

Bu səbəbdən də yaxın müddətdə dronların ətrafınızda uçduğunu görsəniz, təəccüblənməyin.

XS
SM
MD
LG