Accessibility links

Gəncə şəhərinin keçmiş icra hakimiyyəti başçısına qarşı sui-qəsd üzrə məhkəmə prosesi başlayıb


Yunis Səfərov
Yunis Səfərov

Bakının Sabunçu Rayon Məhkəməsinin binasında Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsd cəhdində ittiham olunan Yunis Səfərov və digər 11 nəfərin məhkəməsi başlayıb.

İşə hakim Məhəmməd Bağırovun sədrliyi ilə Gəncə Ağır Cinayətlər Məhkəməsi baxır.

Gəncə icra hakimiyyəti başçısına və polis əməkdaşına qarşı planlı terror aktını törətməkdə ittiham olunan Yusif Səfərov dövlət tərəfindən təyin olunan vəkildən imtina edib.

O qeyd edib ki, həbs edildikdən sonra ailə üzvləri ilə görüşə və onlarla telefonla əlaqə saxlamasına icazə verilməyib.

Sonra müttəhim Ceyhun Qurbanovun vəkili Famil Şükürov çıxış edib.

“İstintaq zamanı Ceyhun Qurbanovun mobil telefonundan yazışmaların yoxlanması üçün vəsatət qaldırdım. İttiham tərəfi bildirir ki, Ceyhun bu telefondan Səfərova məlumat ötürüb, lakin bizim vəsatət təmin olunmadı,” vəkil deyib.

Vəkil həmçinin qeyd edib ki, müttəhim uşaqlıqdan epilepsiya xəstəliyindən əziyyət çəkir. Həbsdə olduğu müddətdə 7-8 dəfə qıcolma keçirib. O, tibbi ekspertizanın keçirilməsi barədə vəsatət qaldırıb.

Vəkil Fariz Namazlı müttəhimlərin məhkəmə zalında qandalda olmasına etiraz edib. Təqsirləndirilən şəxslərin özləri də qollarından qandalların çıxarılmasını tələb ediblər.

Müttəhim Hamlet Abdullayev bildirib ki, doğuşdan birinci qrup əlildir.

“Zalda nəfəs almaq çətindir. Heç olmasa mənim və Ceyhunun qandallarını çıxarsınlar. Hər ikimizin ürəyi xəstədir,” o deyib.

Müttəhim Firudin Zeynalov hakimdən prosesin niyə Gəncədə deyil, Bakıda keçirildiyini soruşub.

Dövlət ittihamçısı Pərviz Mirhəşimov müttəhimlərin ağır cinayətlər törətdiklərini və özlərinə bədən xəsarəti yetirə biləcəklərini qeyd edərək qandalların çıxarılmasına etiraz edib.

Vəkillər istintaq zamanı kobud qanun pozuntularına görə işin ibtidai istintaqa qaytarılması, həbs qətimkan tədbirinin dəyişdirilməsi və proses müddətində müttəhimlərin sərbəst buraxılması barədə vəsatət qaldırıblar. Məhkəmə yanvarın 8-nə qədər fasilə elan edib.

İttihama görə, xarici radikal dini dairələrin nümayəndəsi olan Yunis Səfərov 2018-ci il iyulun 3-də Gəncə şəhərində İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı öncədən planlaşdırılmış terror aktı törədib.

O və bu iş üzrə keçən digər şəxslər Azərbaycanın konstitusiya quruluşunu zorla dəyişdirmək və şəriət dövləti yaratmaq məqsədilə terrorizmdə, qanunsuz silahlı dəstələr yaratmaqda, qanunsuz silah saxlamaqda, ağırlaşdırıcı hallarda polis əməkdaşlarını və qisas məqsədi ilə dövlət xadimlərini öldürmək cəhdində, dövlət əleyhinə çağırışlarda və digər ağır cinayətlər törətməkdə ittiham olunurlar.

2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı icra hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və polis əməkdaşını yaralayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG