Accessibility links

Gəncə hadisələrinə müxtəlif baxışlar [Video]


Gəncədə baş verən hadisələr ciddi müzakirələrə yol açıb

İyulun 10-da Gəncədə iki yüksək rütbəli polis zabitinin qətlə yetirilməsi ölkədə ciddi müzakirələrə yol açıb. Sosial şəbəkələrdə günün ən çox müzakirə mövzusu məhz Gəncə hadisələridir. Siyasi liderlər, ictimai xadimlər, ziyalılar, ictimaiyyətin çoxsaylı nümayəndələri müzakirələrə qatrılıb.

Əli Həsənov: Xaos yaratmaq istəyənlər ən ciddi şəkildə cəzalandırılacaq

Əli Həsənov
Əli Həsənov

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov Facebook səhifəsində yazır ki, Gəncədə yaranmış həssas dönəm cəmiyyətin dövlətin ətrafinda daha sıx birləşməsini tələb edir.

Onun fikrincə, Azərbaycan dövləti və onun müstəqil siyasətinin əleyhinə son dövrlərdə sistemli ideoloji təxribatla məşğul olan bəzi xarici dini saytlar da bu günlərdə xüsusi canfəşanlıq göstərir.

Biz dövlətçiliyimizə qarşı separatçıların, radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən “iaşə müxalifəti”nin sinxronlaşdırılmış ideoloji təxribatı faktı ilə üz-üzəyik.

“Kimə məxsusluğu bəlli olmayan Ru-clip.ru saytının Youtube kanalı isə “Səda HD” kimi təqdim olunan şirkətin hazırladığı və üsyana səsləyən 5 klip - çağırış yayımladı. Beləliklə, biz dövlətçiliyimizə qarşı separatçıların, radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən “iaşə müxalifəti”nin sinxronlaşdırılmış ideoloji təxribatı faktı ilə üz-üzəyik. Xarici anti-Azərbaycan qüvvələrin bu mənfur niyyətini anlamaq olar, ancaq daxildən onlara dəstək verən, polis əməkdaşlarına qarşı qəddar cinayətə bəraət qazandırmağa çalışan, yaxud da xaricə qaçıb erməni maliyyəsinin girovuna çevrilənlərin xain canfəşanlığını heç cür başa düşmək mümkün deyil.

Belə həssas vəziyyət cəmiyyətimizin, bütün vətəndaşlarımızın milli dövlətçilik ətrafında daha sıx birliyini tələb edir. Xüsusən ictimai rəyə təsir imkanı olan insanlar - millət vəkilləri, ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, siyasi fəallar, media və QHT təmsilçiləri daha həssas davranmalı, iqtidara və ya onun ayrı-ayrı nümayəndələrinə bəslədikləri fərdi münasibətlərlə dövlət və Vətən mənafelərini bir-birindən fərqləndirməlidirlər”, Həsənov qeyd edir.

Prezidentin köməkçisi yazır ki, Azərbaycanda qarşıdurma, xaos yaratmaq istəyənlər qanunun sərt üzünü görəcəklər və ən ciddi şəkildə cəzalandırılacaqlar.

“Bununla yanaşı, təsadüfən, hadisə ictimai maraq kəsb etdiyinə görə, öz iradələrinin əleyhinə olaraq bu əməlin iştirakçısına çevrilmiş hər kəsi bu yanlış addımlardan çəkinməyə dəvət edirəm. Azərbaycan dövləti, dövlətçiliyi, milli maraqlarımız heç vaxt müzakirə mövzusu olmamalıdır və bu dəyərlərə təhlükə yarandıqda hər bir vətəndaş, hər bir azərbaycanlı öz qəti mövqeyini ortaya qoymalı, milli iradəsini nümayiş etdirməlidir. Buna görə də Azərbaycan dövlətinin terror və terror çağırışlarına qarşı atacağı sərt addımların ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən düzgün anlaşılmalı, geniş kütlələrə düzgün mesajlar verilməlidir. Hər hansı səbəb və ya bəhanə ilə terrora bəraət qazandırmaq cəhdləri yolverilməzdir, sosial səhifələrin aktiv iştirakçıları və KİV nümayəndələri yazı, rəy və şərhlərində müvafiq qanunvericiliyin tələblərini və dövlət maraqlarını unutmamalı, hadisələrə daha peşəkar və obyektiv yanaşmalıdırlar”, Həsənov qeyd edir.

Hikmət Hacıyev: Bu, bəzi xarici qüvvələri də narahat edir [Video]

Hikmət Hacıyev
Hikmət Hacıyev

Azərbaycan Xarici İşləır Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Gəncə şəhərində iğtişaşlar təşkil etmək cəhdi və ölkədə sabitliyin pozulması Azərbaycanın inkişafının qane etmədiyi xarici qüvvələrin olduğunu göstərir.

"Gəncədəki hadisələr göstərib ki, Azərbaycanın inkişafı təkcə Ermənistanı deyil, bəzi digər xarici qüvvələri də narahat edir", o bu gün keçirdiyi brifinqdə bildirib.

Hikmət Hacıyev: Bu bəzi xarici qüvvələri də narahat edir
please wait

No media source currently available

0:00 0:00:52 0:00

"Azərbaycan müharibə şəraitində olduğu bir vaxtda polis zabitlərinin öldürülməsi milli satqınlıqdır. Başqa ölkələrdə yaşayan, bu əməlləri alqışlayan və dəstəkləyən vətən xainləri xalqımız qarşısında utanmalıdır", Hacıyev bildirib.

O, gəncləri "ayıq" olmağa çağırıb.

Tofiq Zülfiqarov: Bu ideoloji model İran inqilab ideologiyasının təkrarıdır

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfiqarov Gəncədə baş verən hadisələrlə bağlı məqalə yazıb.

“Vəzifə öhdəliklərini yerinə yetirərkən polis zabitləri cinayətkarlar tərəfindən öldürülüb. Bir neçə gün əvvəl Gəncə icra hakimiyyəti başçısına sui-qəsd kimi, polislərin qətli də cinayətkarlara "öyüd vermək" cəhdi ilə müşaiyət olunur. Xüsusən, radikal şiəlik əlamətlərinin təbliği ilə "şəhidlər" məzlumların hüquqlarının müdafiəçisi kimi təqdim olunur. Bu ideoloji model İran inqilab ideologiyasının təkrarıdır”, keçmiş nazir yazır.

Zülfüqarovun fikrincə, belə bir təəssürat yaranır ki, “ya bizə belə göstərmək istəyirlər, ya da həqiqətən İran rəhbərliyində radikal dairələr Azərbaycanda sabitliyi pozmağa, ölkəni uzunmüddətli əsaslarla qeyri-sabit ölkəyə çevirməyə və ölkəmizdə şiə və sünni məzhəblərinin qarşıdurmasına gətirib çıxarmağa cəhd edir”.

Ya bizə belə göstərmək istəyirlər, ya da həqiqətən İran rəhbərliyində radikal dairələr Azərbaycanda sabitliyi pozmağa, ölkəni uzunmüddətli əsaslarla qeyri-sabit ölkəyə çevirməyə və ölkəmizdə şiə və sünni məzhəblərinin qarşıdurmasına gətirib çıxarmağa cəhd edir.

Əminəm ki, araşdırma dövlətçiliyimizə qarşı bu hücumun əsl sifarişçilərini və icraçılarını üzə çıxaracaq.

“Aydındır ki, bunun səbəbi Azərbaycan özü deyil, bu gün, ilk növbədə ABŞ-ın hazırki administrasiyasının əməlləri nəticəsində İran ətrafında yaranan vəziyyətdir. İran-İsrail xəttində qarşıdurma qaynar mərhələyə getdikcə daha çox yaxınlaşır. Qərbi Avropa ölkələrinin qoşulmağa məcbur edildiyi anti-İran koalisiyası getdikcə daha dəqiq təşkilati struktur əldə edir. Düşünürəm ki, Helsinkidə "Tramp-Putin" sammitindən sonra Rusiya siyasətində İran əleyhinə təmayüllər də güclənəcək”, keçmiş nazir qeyd edir.

Cəmil Həsənli: Ölkə tam iflasa gəlib çatıb

Cəmil Həsənli "Azərbaycan Saatı"-na danışır
Cəmil Həsənli "Azərbaycan Saatı"-na danışır

​Milli Şuranın sədri Cəmil Həsənli "Azərbaycan Saatı" proqramına verdiyi müsahibədə son vaxtlar ölkədə baş verən mənfi olayları, o cümlədən Gəncədəki hadisələri İlham Əliyev hökumətinin siyasətinin "məntiqi nəticəsi" kimi dəyərləndirib. Ölkənin büsbütün korrupsiyaya bulaşdığını və korrupsiya piramidasının başında prezidentin özünün durduğunu vurğulayan Həsənli ölkə idarəçilyinin bərbad durumda olduğunu söyləyib.

Gəncə son illərdə ən ağır sosial-iqtisadi duruma düşmüş ölkənin ikinci ən iri şəhəridir. İşsizlik geniş xarakter alıb. İnsanlar heç yerdə ədalət tapa bilmirlər.

"Gəncə son illərdə ən ağır sosial-iqtisadi duruma düşmüş ölkənin ikinci ən iri şəhəridir. İşsizlik geniş xarakter alıb. İnsanlar heç yerdə ədalət tapa bilmirlər. Öz dərdini dövlət orqanlarına deyə bilmirlər. Hara gedirlər burunlarından vurub qaytarırlar. Məhkəmədə ədalət tapa bilmirlər. Elmar Vəliyevin güllələnməsi də onun Gəncədə həyata keçirdiyi anti-milli və qeyri-qanuni öz səlahiyyətindən sui-istifafdə cəhdlərinin bilavasitə nəticəsidir. Doğrusu, Gəncədə etiraz aksiyası keçirməkdən ötrü onlarla səbəb var. Ona görə də hakimiyyətin borcu idi ki, əgər insanlar, yaxud insanların bir hissəsi, hansısa cəmiyyət, partiya təşkilat mitinq keçrimək istəyridisə, hakimiyyət bunun üçün əlverişli, təhlükəsiz şərait yaratmalı idi.

Əli Kərimli: Rejim odla oynamamalı, hər hansı təxribata imkan verməməlidir

Əli Kərimli
Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Facebook səhifəsində yazır ki, Gəncədə vəziyyəti gərginləşdirmək cəhdləri var.

“Hiss olunur ki, hansısa təxribatlar baş verir. Təəssüf ki, informasiya qıtlığı var. Hakimiyyət müstəqil jurnalistlərin təcili şəkildə Gəncədə fəaliyyət göstərməsinə şərait yaratmalıdır. Ölkədəki siyasi mübarizəni güc müstəvisinə keçirməyə yol vermək olmaz. Rejim odla oynamamalı, hər hansı təxribata imkan verməməlidir. Hörmətli Gəncə əhalisi də etirazların dinc müstəvidən kənara çıxmasına imkan verməməlidir”, o qeyd edib.

Natiq Cəfərli: Qaragüruh qüvvələr ortaya çıxır

Natiq Cəfərli
Natiq Cəfərli

REAL Partiyasının Məclsi üzvü Natiq Cəfərli hesab edir ki, Gəncə hadisələrinin törənməsinin iki əsas səbəbi var.

“Bunlar insanların cəmiyyətdə ədalətə nail olmaq imkanının olmaması və əhalinin təhsil səviyyəsinin aşağı düşməsidir”.

Onun sözlərinə görə, sekulyar qüvvələr və vətəndaş cəmiyyəti üçün imkanların məhdudlaşdırılması şəraitində qaragüruh qüvvələr ortaya çıxır.

O, iki polis zabitinin öldürülməsini pisləyib.

XS
SM
MD
LG