Accessibility links

“Gəncə işi” üzrə həbs olunanların yaxınları aksiya keçirib


Bu gün, iyunun 22-də “Gəncə işi” üzrə həbs olunan Oqtay Hüseynzadə və digər 6 nəfərin iyunun 22-də Ali Məhkəmədə təyin olunan məhkəmə prosesi təxirə salınıb. Proses hakim Fərhad Kərimovun sədrliyilə keçirilir.

Təqsirləndirilən şəxslərin yaxınları prosesdən öncə məhkəmə binasının qarşısında aksiya keçirib. Onlar prezidentə və vitse-prezidentə müraciət edərək övladlarının günahsız olduğunu bildirib və tezliklə azadlığa buraxılmasını tələb edib.

Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

3 iyul 2018-ci ildə Gəncədə şəhərin o zamankı icra hakimiyyəti başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb.

Bundan sonra iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və bu iğtişaşlar zamanı iki polis əməkdaşı qətlə yetirilib. Bunun ardınca dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb.

Bu hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilədək azadlıqdan məhrum ediliblər. 10-a yaxın şəxs şərti olaraq azad edilib.

XS
SM
MD
LG