Accessibility links

“Gəncə işi” üzrə ittiham olunanların qohumları aksiya keçirib


Dekabrın 20-də Bakı Apellyasiya Məhkəməsində “Gəncə işi” üzrə ittiham olunan bir qrup şəxsin şikayətinə baxılması zamanı müttəhimlərin qohumları məhkəmənin həyətində etiraz aksiyası keçirib.

Onlar övladlarının “uydurma ittihamlarla” təqib olunmasına etiraz edərək həbs olunanların azadlığa buraxılmasını tələb edib.

Birinci instansiya məhkəməsi 7 nəfərlik qrupu 2 ildən 20 ilədək azadlıqdan məhrum edib. Müttəhimlər polis əməkdaşlarının qətlində və onlara qarşı zorakılıqda, iğtişaşların təşkilində və ya iştirakda ittiham olunublar.

2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.

"Gəncə işi" ilə bağlı etiraz aksiyası
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında Vəliyevə etiraz olaraq aksiya təyin edilib. Həmin gün Daxili İşlər Nazirliyi Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı iki polis əməkdaşı öldürülüb. Bunun ardınca dindarlar və digər şəxslər arasında kütləvi həbslər baş verib.

2019-cu il iyulun 31-də baş prokuror Zakir Qaralov bu qurumda keçirilən müşavirədə bildirib ki, Elmar Vəlyevə sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvü cinayət məsuliyyətinə cəlb edilib, 11 nəfərin barəsində isə axtarış elan edilib.

XS
SM
MD
LG