Accessibility links

“Gəncə işi” üzrə məhkəmədə vəkillər hakimin davranışına etiraz edib


Gəncə hadisələri - 10 iyul 2018-ci il
Gəncə hadisələri - 10 iyul 2018-ci il

Ötən ilin iyulunda baş verən Gəncə hadisələri üzrə ittiham olunan digər qrupun işi üzrə məhkəmə prosesində hakim və vəkillər arasında qalmaqal yaranıb.

Şahin Verdiyevin vəkili Zibeydə Sadıqova bildirib ki, müttəhimin müdafiəsinə bir ay əvvəl qoşulub.

Onun sözlərinə görə, əvvəlki vəkil proses zamanı Şahin Verdiyevin hüquqlarını müdafiə etməyib.

Müttəhim deyib ki, işgəncə altında etirafedici ifadələr verib.

Vəkil Şahin Verdiyevin və digər 7 müttəhimin işgəncə barədə bəyanatını məhkəməyə təqdim edib.

Buna cavab olaraq hakim Dadaş İmanov deyib: "Sizə kim ixtiyar verib ki, bunları bura qoyasınız (bəyanatı işə əlavə etmək)? Mən sizi işdən kənarlaşdıracağam, əlavə etdiyiniz bu yazıları da aidiyyəti orqanlara göndərəcəyəm."

Hakim eyni iş üzrə vəkil Əziz Qəmbərovun vəsatətini də rədd edib və onu əsas gətirib ki, həmin vəsatətdə təqsirləndirilən şəxsləri "qabaqcadan əlbir olan bir qrup şəxs" kimi yazmaq onların vəziyyətini ağırlaşdırıb.

İradı qəbul etməyən müdafiəçi ittiham aktında yazılanları hakimə göstərsə də, onun fikri dəyişməyib. Hakim belə cavab verib: "Mən sizin barənizdə Vəkillər Kollegiyasının rəhbərliyinə müraciət edəcəyəm".

Hakimin hərəkəti müttəhimlərin və vəkillərin hiddətinə səbəb olub. Onlar bildiriblər ki, bir neçə iclasdır ki, müdafiə tərəfinin vəsatətləri rədd edilir.

Vəkil Şəhla Hümbətova hakimin uzaqlaşdırılmasından ötrü verilən yazılı etirazı səsləndirib.

O bildirib ki, hakim vəkillərlə çox kobud davranır, təqsirləndirilən şəxsləri məhkəmə zalından, müdafiəçiləri isə prosesdən uzaqlaşdırmaqla hədələyir, sayğısız davranır.

Dadaş İmanov, Məhəmməd Bağırov və Nural Əliyevdən ibarət hakimlər heyəti bir neçə dəqiqəlik müşavirədən sonra etirazın baxılmamış saxlandığını bildiriblər.

Bundan sonra vəkillər bütün hakim tərkibinə etiraz verərək bildiriblər ki, qanunun tələbinə görə, Dadaş İmanova etiraza onun özü baxa bilməzdi və digər iki hakim müşavirəyə edərək qərarı elan etməliydi.

Hakimlər kollegiyasına verilən etiraz da baxılmamış saxlanılıb.

2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı rəhbəri Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.

Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının qarşısında Elmar Vəliyevin işinə etiraz olaraq aksiya təyin edilib.

İyulun 10-da axşam Daxili İşlər Nazirliyi Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı iki polis əməkdaşı öldürülüb. Bunun ardınca dindarların kütləvi həbsi baş verib. 60-a yaxın adam cinayət məsuliyyətinə cəlb edilib. Silahlı müqavimət zamanı 6 nəfər öldürülüb.

Martın əvvəlində ümumi sayı 14 nəfərdən ibarət iki qrupun barəsində hökm çıxarılıb. Onlar kütləvi iğtişaşlarda iştirakda və polis əməkdaşlarına qarşı zorakılığın tətbiqində ittiham olunaraq 5 ildən 8 ilədək azadlıqdan məhrum ediliblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG