Accessibility links

“Gəncə işi” üzrə təqsirləndirilən şəxs 7 gündür aclıq edir


"Gəncə işi" üzrə təqsirləndirilən Firudin Zeynalov aprelin 13-dən aclıq aksiyası keçirir.

Firudin Zeynalov istintaq təcridxanasından yerli və beynəlxalq ictimaiyyətə telefon müraciətində bildirir ki, Gəncə hadisələrinə bağlılığı yoxdur. O, 2017-ci ildə Gəncədə Aşura günü "İmamzadə" ziyarətgahında mərasimdən sonra polisə tabe olmamaq və xuliqanlıq ittihamı ilə həbs edilib. Üstəlik, əvvəlcə onu inzibati xətada ittiham edərək, cərimə təyin ediblər.

Yunis Səfərovun Gəncənin keçmiş icra hakimiyyəti başçısı Elmar Vəliyevə sui-qəsd törətdiyi zaman (2018-ci ilin iyulunda) Firudin Zeynalov artıq həbsdə idi. O hesab edir ki, 14 iyun 2018-ci il tarixində xalqa etdiyi müraciətinə görə onu bu iş üzrə cəlb ediblər.

O, "xalqa tezliklə diktator rejimə qalib gəlməyi" arzulayıb. Düz bir aydan sonra Gəncə iğtişaşlarında iştirakı ilə bağlı ona yeni ittihamlar irəli sürülüb.

Firudin Zeynalov təqsirsiz olduğuna görə azadlığa buraxılmasını tələb edir.

Bundan öncə vəkil Fariz Namazlı müdafiə etdiyi şəxsin aclığa başladığını bildirib.

Öz növbəsində, Penitensiar Xidmətdən Firudin Zeynalovun aclıq etməsi və səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.

3 iyul 2018-ci il tarixində Gəncədə şəhərin ozamankı icra başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb.

Bundan sonra iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və bu iğtişaşlar zamanı iki polis əməkdaşı qətlə yetirilib. Bunun ardınca dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb.

Bu hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilədək azadlıqdan məhrum ediliblər. 10-a yaxın adam şərti olaraq azad edilib. Yunis Səfərov və digər 11 nəfərin məhkəməsi 2020-ci ilin yanvarında başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG