Accessibility links

“Gəncə işi” məhkəməsində vəkillər müdafiə çıxışları edib


Bu gün, aprelin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılan terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi (Gəncə işi) üzrə məhkəmə vəkillərin müdafiə çıxışları ilə davam edib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirlən şəxslərə 19 ildən 25 ilədək, həmçinin Yunis Səfərova ömürlük həbs istəyib.

Bu gün vəkillər müdafiə çıxışında bildirib ki, əslində məhkəmə prosesi Yunis Səfərova aiddir. Dgər təqsirləndirilən şəxslərə bəraət verilməlidir.

“Vəkillər bildirdilər ki, müdafiə etdikləri şəxslərin hərəkətlərində cinayət tərkibi yoxdur və istintaq ittihamları sübuit edə bilməyib. Bu Yunis Səfərovun işidir. Sadəcə baş verən hadisəni hüquq-mühafizə orqanları şişirdib. Buna görə də çoxsalı insanlara əsassız itthamlar irəli sürülüb,” vəkil Fariz Namazlı qeyd edib.

O, hüquqlarını müdafiə etdiyi Firuddin Zeynalovun günahının olmadığını və aprelin 13-dən etiraz olaraq aclıq aksiyasına başladığını bildirib.

Növbəti məhkəmə iclası aprelin 20-də vəkillərin müdafiə çıxışları ilə davam etdiriləcək. Məhkəmədə daha 3 vəkil müdafiə çıxışı edəcək,

Cinayət işi üzrə Elmar Vəliyev və daha 5 nəfər zərərçəkmiş qismində tanınıb.

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin o zamankı başçısı Elmar Vəliyevə və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd törətməkdə suçlanan Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Səfərov bu iddianı rədd edir.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada isə iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və başqa əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG