Accessibility links

“Gəncə işi”ndə həbs edilənlərin valideynləri aksiya keçirib


Valideynlər övladlarına bəraət tələb edir

Avqustun 14-də Gəncə hadisələri ilə bağlı həbsdə olan şəxslərin bir qrup valideyni Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin binası qarşısında övladlarına bəraət verilməsi, işgəncə faktlarının araşdırılması tələbi ilə aksiya keçirib.

Sevinc Hüseynova
Sevinc Hüseynova

Həbsdə olan Elvin Hüseynzadənin anası Sevinc Hüseynova Amerikanın Səsinə müsahibəsində bildirib ki, aksiya iştirakçıları ilk öncə iradlarını cinayət işini araşdıran qrupun rəhbəri Orxan Babayevə bildirmək istəyib.

Sevinc Hüseynova: Bəraət tələb edirik
please wait

No media source currently available

0:00 0:05:12 0:00

“Biz istəyirdik ki, Babayev valideynlərin qarşısına çıxıb, bizim övladlarımıza qarşı irəli sürülən ittihamları yuxusunda necə gördüyünü izah etsin. Bizim övladlarımıza qarşı işgəncələr onun tapşırığı, onun iştirakı ilə edilib. Orxan Babayev valideynlərin qarşısına çıxmadı. Bizi rəis müavini Vüqar müəllim qəbul etdi. Əlbəttə, biz iradlarımızı emosiyalarımızla bildirdik. Onlar da bizi bir insan kimi başa düşdülər. Bizə dedilər ki, iradlarınız yuxarılara məruzə ediləcək, tədbir görüləcək, bunu özünüz də görəcəksiniz” , Hüseynova qeyd edib.

Valideynlər bundan sonra Baş Prokurorluğa üz tutub.

“Biz uşaqlarımızın taleyinin necə olacağını öyrənmək istəyirik. Biz uşaqlarımıza azadlıq istəyirik. Onlar bəhanə ilə bizim övladalrımıza ağır ittihamlar irəli sürüb, həbsə məhkum ediblər. Bizim övladlarımıza bəraət verilməlidir. Biz bəraət tələb edirik.”

Baş Prokurorluqda valideynləri iki qrup şəklində qəbul ediblər. Birinci qrupa övladları barədə məhkəmə istintaqının hələ davam etdiyi valideynlər, ikinci qrupa isə övladlarının şikayətinə apellyasiya məhkəməsində baxılan valideynlər daxil idi.

“Bizi baş prokurorun müavini İlqar Cəfərov qəbul etdi. O bizə ümidverici dedi ki, işə ədalətlə baxılacaq. Dediklərinizi nəzərdə saxlayacağıq, obyektiv baxacağıq. Belə sözlər dedi. Bizi yaxşı qəbul etdi” , o qeyd edib.

Biz istəyirdik ki, Babayev valideynlərin qarşısına çıxıb, bizim övladlarımıza qarşı irəli sürülən ittihamları yuxusunda necə gördüyünü izah etsin. Bizim övladlarımıza qarşı işgəncələr onun tapşırığı, onun iştirakı ilə edilib.
Sevinc Hüseynova, həbsdə olan şəxsin anası

Bununla yanaşı, Hüseynova məhkəmə zamanı işgəncələrlə bağlı verilən vəsatətlərin yerinə yetirilmədiyini bildirib.

“Qəbul zamanı bizə vəd verdilər ki, hər bir şəxsin işinə ayrıca qiymət veriləcək. Apellyasiya instansiyasında yumşalma gedib. Amma, başa düşə bilmirəm ki, insanların əməlində hər hansı cinayət tərkibi olmaya-olmaya cinayət işi açıblar. Bəraət vermək əvəzinə, hələ minnət qoyurlar ki, yumşalma gedib” , Sevinc Hüseynova müsahibəsində deyib.

Hüseynova işgəncə ilə bağlı məhkəmədə irəli sürülən vəsatətlərdən danışarkən deyib ki, məhkəmə vəsatəti təmin edərək cinayət işi qaldırılması üçün Baş Prokuroluğa müraciət etmişdi.

“Lakin baş prokurorluq iki ayadək vaxt keçəndən sonra bildirdi ki, araşdırma aparılıb və cinayət işi açılması rədd edilib. Onlar məhkəmə zalında vizual ekspertiza apardılar. Tərəfləri dindirdilər. Təbii ki, bir ilədn çox vaxt keçib, işgəncənin izləri qala bilməzdi. Lakin bəzi insanların bədənlərində izlər indi də qalır. Elə Asif Cəlalovun qolunda siqaret kötüklərinin izləri var. Lakin bunu qeydə almırlar. Biz işgəncə faktlarının yalnız Avropa İnsan Hüquqları Məhkəməsində təsdiqini tapacağına inaırıq. Hazırda Avropa Məhkəməsinə şikayətlər hazırlayırıq” , Hüseynova Amerikanın Səsinə bildirib.

“Gəncə işi”ndə həbs edilənlərin valideynləri aksiya keçirib
“Gəncə işi”ndə həbs edilənlərin valideynləri aksiya keçirib

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə idarə edilən islam dövləti qurmaq olduğunu iddia edir. Məhkəməsi başlanmadığından Yusif Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlaya bilməyib.

Sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsinə dair məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, 8 qrupun işi məhkəməyə göndərilib. Bu qruplarda ümumilikdə 60 nəfər təqsirləndirilən şəxs var. Onlardan da 6 qrupa hökm oxunub, həmin işlər hazırda apellyasiya məhkəməsində araşdırılır. Daha 2 qrupun işi üzrə birinci instansiya məhkəməsində araşdırmalar davam edir.

"Gəncə işi" üzrə 11 nəfər beynəlxalq axtarışa verilib.

Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyir). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia edir.

Həbs olunanlar məhkəmədə saxlanılarkən və sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

Bu il avqustun 9-da Gəncə Apellyasiya Məhkəməsi həbs olunan şəxslərdən dördünü - Qadir Hüseynov, Kamal Məmmədtağıyev, Mireşqin Seyidov və Rauf Qurbanzadə məhkəmə zalından azadlığa buraxıb.

Digər təqsirləndirilən şəxslərdən 7 nəfərsən dörd nəfərin cəzasını 2 ilə, digərlərinin cəzasının isə 5 il 6 ay - 7 ilə endirib.

Dövlət ittihamçısı məhkəmələrdən daha 18 nəfərin cəzanın azaldılmasını istəyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG