Accessibility links

“Gəncə işi”ndə işgəncə məsələsi gündəlikdədir


İyunun 13-də Bakının Sabunçu Rayon Məhkəməsində şərti olaraq “Gəncə işi" adlandırılan 2 qrup insanın məhkəmə prosesi davam etdirilib.

Hüquq müdafizəçisi Oqtay Gülalıyev Facebook səhifəsində yazır ki, əvvəlki məhkəmələrdən fərqli olaraq bu məhkəmə iclasında Avropa Birliyinin və ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri iştirak edib.

İki müstəqil vəkil Şəhla Hümbətova və Zibeydə Sadıqova təqsirləndirilən şəxslərin müdafiəsinə qoşulub və məhkəmə prosesinə qatıldılar.

“Adı çəkilən vəkillərin prosesə qatılması elə ilk məhkəmədə hakimlə onlar arasında yaranan gərginliklə müşahidə olundu. Hakim Dadaş İmanovun vəkillərin və təqsirləndirilən şəxslərin çıxışını dəfələrlə kəsməsi, onlara əsassız xəbərdarlıq edib işgəncə mövzusunda danışmalarına mane olması, bir tərəfli mövqe tutuması gərginlik yaratdı. Buna irad bildirən vəkil Şəhla Hümbətova və digər vəkillər hakim Dadaş İmanova yazılı etiraz təqdim etdilər. Etiraza sabahkı məhkəmə prosesində baxılacaq.”

Hüquq müdafiəçisi bildirir ki, məhkəmənin ən diqqət çəkən məqamlarından biri işgəncə hallarının araşdırılması ilə bağlı Respublika Baş Prokurorluğunun məhkəməyə ünvanladığı qərar olub.

“Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən imzalanan qərarda qeyd olunur ki, təqsirləndirilən şəxslərə işgəncə verilməsi ilə bağlı iddialar təsdiqini tapmadı. Prokurorluğun bu qərarı bədənlərində işgəncə izləri hələ də qalan və bunun fiziki-mənəvi əzabını yaşayan məhbusların etirazına səbəb oldu. Prokurorluğun "araşdırması" isə həmişəki kimi birtərəfli, başdansovdu olmaqla sadəcə ümumi söz yığnağından ibarət idi, "Araşdırma"- nın əsas hallarından olan 10-11 iyul 2018- ci il tarixlərində Gəncə Polis İdarələrində videokameralara baxış keçirilməsi "unudulmuşdu," o qeyd edib

Prokurorluğun qərarı bədənlərində işgəncə izləri hələ də qalan və bunun fiziki- mənəvi əzabını yaşayan məhbusların etirazına səbəb olub.
Oqtay Gülalıyev, hüquq müdafiəçisi

Gülalıyev yazır ki, "Gəncə işi"nə ictimai diqqət artandan sonra bu işi “düzüb-qoşanlar”, xüsusən repsublika prokurorluğu çətin duruma düşüb.

“Aylardır məhkəmələr davam edir. Obyektiv, ədalətli araşdırma apara bilmirlər. Məhkəməni də yekunlaşdıra bilmirlər. Çünki yalanı boğa, qanunsuzluq və saxtakarlığı ört-basdır edə bilmirlər. Beynəlxalq qurumların məhkəməyə diqqətinin artması, müstəqil və təcrübəli vəkillərin işə qoşulması "Gəncə işi" ilə bağlı istintaq orqanlarının ifşa olunmasını daha da surətləndirir,” hüquq müdafiəçisi qeyd edib.

2019-cu il mayın 16-da Sabunçu Rayon Mәhkәmәsindә “Gәncә işi” adlanan proseslərin birində tәqsirlәndirilәn şəxslərin mәhkәmә-tibbi ekspertizadan keçirilmәsi haqqında vəsatət təmin olunub. Onda hüquq müdafiəçiləri bildirib ki, hadisənin üstündən 10 ay keçsə də, işgəncə şikayətinin araşdırılması işdə müsbət dönüşdür. Üstəlik, məhbusların bəzilərinin bədənlərində hələ də işgəncə izləri qaldığı vurğulanıb.

Gəncə hadisələri ilə bağlı həbs edilənlərin valideynləri son aylar bir neçə dəfə etiraz aksiyaları keçirərək işgəncə şikayətlərinin araşdırılmasını tələb edib. Onlar həbs edilənlərin həm Gəncədə, həm də Bakıda ağır işgəncələrə məruz qaldıqlarını vurğulayıb. Rəsmi qurumlar bu iddialara münasibət bildirməyib.

Gəncə hadisələri ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işi məhkəməyə göndərilib. Onlardan artıq bəzi qrupların məhkəməsi başa çatıb. Mühakimə edilənlər əsasən zorakılıqların, talanların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham edilib. Onlara 5 ildən 9 ilə qədər həbs cəzası verilib. Məhkumların çoxu özlərini tamamilə günahsız sayıb.

Həmin hadisələrlə bağlı tutulanlardan bəzilərinin işi hələ məhkəməyə göndərilməyib.

Ümumilikdə bu hadisələrlə bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanıb.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir. Yusif Səfərov ittihama münasibətini, hələlik, ictimaiyyətə açıqlamalara hələ münasibət bildirməyib. Onun məhkəməsi başlamayıb.

Bu hadisədən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlarlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüb (rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyir).

Hərçənd ki, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı rəsmi məlumatların həqiqət olmadığını iddia edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG